Türkmənistanda çörək və başqa gündəlik tələbat mallarının qiyməti qalxıb
Türkmənistanda çörək və başqa gündəlik tələbat mallarının qiyməti qalxıb.
“CA-NEWS” bildirir ki, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Tərəfsizlik Günü və Yeni il bayramları ərəfəsində ölkədə ərzaq bolluğu yaratmaq məqsədi ilə hökumətə bir sıra tapşırıqlar verib.
İnformasiyaya əsasən, xaricdə istehsal olunan quş budunun dövlət mağazalarında satış qiyməti 8 manat (2,3 dollara) müyyən edilib. Bu məhsuldan isə bir nəfər yalnız bir kilqram ala bilər. Bazarda isə quş budunun satışı məhudiyyətsizdir və qiyməti 10 manatadır (100 yeni türkmən manatı 28,571 dollardır).
Məlumata görə, 0,4-0,5 kq çörəyin qiyməti isə bir manatdan (0,29 sent) 1,4 manatadək (0,43 sent) qalxıb. Bir həftə əvvəl südlü çörəyin qiyməti 2 manat (0,57 sent) olubsa, hazırda 3-3,5 manatadır (0,86 sent – 1 dollar).
Ölkədə birinci növ un demək olar ki, tapılmır. Əla növ unun 50 kq-nın qiyməti 70 manat olsa da bunu hər yerdə tapıb almaq mümkün deyil.
Ölkədə tərəvəzin, meyvənin, konfetin, eyni zamanda sənaye mallarının, uşaq geyimlərinin də qiymətinin təxminən iki dəfə qalxdığı haqda məlumat yayılıb.
© Report
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















