“Nar” abunəçiləri həftə sonlarında pulsuz danışır
“Həftəsonu fürsəti” kampaniyası “Nar” abunəçilərinə şənbə və bazar günləri öz aralarında pulsuz danışmaq imkanı yaradır.
Bu kampaniyaya qoşulmaq üçün abunəçi heç bir ödəniş etmir; sadəcə *777#88#YES kodunu yığmaqla kampaniyaya qoşula bilərsiniz.
“Nar” abunəçisi həftə içi günlərində istənilən istiqamətdəki zənglərə ən azı 2 AZN sərf etdiyi təqdirdə, “Həftəsonu fürsəti” kampaniyasının təqdim etdiyi bu imkandan yararlana biləcək. Kampaniya iki həftə ərzində davam edəcək və dekabr ayının 24-ü kampaniyaya son veriləcək.
Kampaniyaya qoşulmuş abunəçi *777#87#YES kodunu yığmaqla həftə ərzində danışıqlara nə qədər məbləğ sərf etdiyini asanlıqla öyrənə bilər. Ədalətli istifadə siyasətinə uyğun olaraq, “Həftəsonu fürsəti” kampaniyası çərçivəsində şənbə və bazar günləri üçün ayrılmış pulsuz danışıq vaxtı üçün ümumilikdə 500 dəqiqə (8 saatdan çox) təqdim olunur. Qeyd edək ki, telefonunuz 3G texnologiyasını dəstəklədiyi təqdirdə, siz həm də “HD voice” texnologiyasından faydalana bilərsiniz. Bir müddət öncə “Nar” şəbəkəsində tətbiq olunmağa başlayan “HD voice” texnologiyası mobil zəng zamanı ətraf səs-küyün basdırılması və səsin təmiz ötürülməsini təmin edir.
“Həftəsonu fürsəti” kampaniyası haqqında bütün məlumatı “Nar”.az/heftesonu-fursetisəhifəsindən əldə edə bilərsiniz.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim etmişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Ən çox oxunanlar
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib






.jpg)





.jpg)






