Bank Respublika-nın aktivləri 1 milyard manata yaxınlaşıb
2016-cı ildə Bank Respublika ASC-nin aktivləri 18 milyon 556 min manat və ya 2,1% artaraq 31 Dekabr 2016-cı il tarixinə 912 milyon 117 min manata çatıb.
“Marja” Bankın hesabatlarına istinadən xəbər verir ki, ötən il müştərilərə verilmiş kreditlər 323 milyon 784 min manatdan 283 milyon 174 min manata geriləyib.
Bank 871 milyon 793 min manat cəmi öhdəliklərə, 40 milyon 324 min manat balans kapitalına malik olub. Öhdəliklərin 361 milyon 855 min manatını hüquqi şəxslərin depozitləri, 189 milyon 961 min manatını fiziki şəxlərin depozitləri, 311 milyon 58 min manatını maliyyə sektoru institutlarından cəlb edilən vəsaitlər təşkil edib.
Ötən il Bank Respublikanın cəmi gəlirləri 78 milyon 976 min manat, faiz və qeyri-faiz xərcləri isə 56 milyon 659 min manat təşkil edib. Nəticədə də, Bankın xalis əməliyyat mənfəəti 22 milyon 318 min manat olub.
Bank Respublika ASC-nin hesabatları ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
34 d. əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
16 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
-
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...
Azərbaycan neftinin son qiyməti
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI




















