Biznes AccessBank-ın yeniliklərini bəyənib - "ARTIM MÜŞAHİDƏ EDİRİK"

AccessBankın Rəqəmsal Bankçılıq və Ödəniş Kartları Departamentinin rəhbəri Sevinc Əliyeva ilə müsahibə.
-Sevinc xanım, 2017-ci il başa çatır. İl Sizin üçün necə keçib? AccessBank-da ödəniş kartları vasitəsi ilə nağdsız hesablaşmaların sayı artıbmı? Bu artımı təmin edən nədir?
-Bu il səmərəli keçib. Sevindirici haldır ki, biz Bankın ödəniş kartları vasitəsi ilə nağdsız hesablaşmaların aydan-aya artdığını müşahidə edirik. Bu artıma müsbət təsir göstərən amillər arasında korporativ təyinatlı kart məhsullarının, yəni məhz əməkhaqqı layihələrinin və korporativ kartların sayının artmasını müşahidə edirik. Bu, “Biznesə 5D” paket təklifinin irəli sürülməsi və icra olunması sayəsində, eləcə də kart məhsullarının satışının artırılması və nağdsız dövriyyələrin stimullaşdırılması istiqamətində Bankın həyata keçirdiyi kampaniya çərçivəsində baş verir.
-Bankınızın bu il ödəniş kartları ilə əlaqədar keçirdiyi kampaniyalar haqqında ətraflı məlumat verin.
-Bu ilin yayında biz “Bu yay üzünüzə güləcək” adlı lotereya keçirmişik və bu lotereya 2 ay davam edib. Lotereyanın keçirilməsində əsas məqsəd Respublikada nağdsız ödənişlər sisteminin inkişafına töhfə verməkdən ibarət olub. Lotereyada iştirak etmək üçün istər ölkə ərazisində, istərsə ölkənin hüdudlarından kənarda, eləcə də İnternet vasitəsi ilə hər hansı ticarət və xidmət obyektində nağdsız ödənişlər icra etmək tələb olunub. Lotereyanın nəticələri əsasında qaliblər müəyyən olunub və onlar Antalyaya 2 nəfərlik səfər, Apple iPhone 7 smartfonu və Samsung Galaxy planşetləri qazanıblar.
-Dekabr ayının əvvəlində Siz “Hər tərəfdən sərfəli!” adlı daha bir kampaniyaya başlamısınız. Bu kampaniyanın sərfəli şərtləri nədən ibarətdir?
-Bəli, doğrudur. Ölkədə nağdsız ödənişlərin inkişafını daim dəstəkləyən AccessBank ayın əvvəlində “Hər tərəfdən sərfəli!” adlı yeni, hədiyyəli və endirimli kampaniyaya başlayıb.
27.11.2017 – 31.01.2018 tarixlərində keçirilən kampaniya çərçivəsində Bank Mastercard Debit, Mastercard Standard, Mastercard Gold, Visa Classic və Visa Gold kartlarına 50%-lik endirim elan edir. Bundan əlavə, AccessBank-ın ödəniş kartlarının sahibləri kart vasitəsi ilə nağdsız ödənişlər icra etməklə yeni iPhone X udmaq imkanı əldə edirlər. Qaliblər kampaniya müddətində Bankın ödəniş kartları vasitəsi ilə icra olunmuş nağdsız əməliyyatların hesablanmasının nəticələrinə görə müəyyən ediləcəklər. Ən çox sayda və ən böyük məbləğdə əməliyyat icra etmiş iki müştəri yeni iPhone X qazanacaqlar.
-Ödəniş kartları ilə icra olunan nağdsız hesablaşmaların əsas üstünlüklərini sadalaya bilərsinizmi?
-Birinci üstünlük onların rahat olmasıdır. Kart sahibinin üzərində nağd pul gəzdirməsinə ehtiyacı yoxdur, amma bu zaman o, öz vəsaitlərindən hər zaman istifadə edə bilər. İkinci üstünlük – təhlükəsizlikdir. Pulqabı itirildikdə, çox güman ki, nağd pulu geri qaytarmaq mümkün olmayacaq. Kartı vaxtında bloklaşdırdıqda isə kartdakı vəsaitləri qoruyub saxlamaq olar. Üçüncüsü – kartların hüdudsuzluğudur. Nağd pullardan istifadə həmin pulları buraxmış ölkənin hüdudları ilə məhdudlaşır. Kartdakı vəsaitlərdən isə demək olar ki, dünyanın istənilən ölkəsində istifadə etmək olar. Dördüncüsü, vəsaitlərə nəzarət olunmasıdır. Kartdan istifadə etməklə ödəniş həyata keçirərkən öz xərclərinizi təhlil edə bilərsiniz.
-Hansı beynəlxalq ödəniş sistemləri ilə işləyirsiniz?
-Bankımız iki iri ödəniş sistemi ilə - Visa International və MasterCard Worldwide ilə işləyir. Biz hər bir ödəniş sisteminə aid geniş çeşidli kartlar təklif edirik. Buraya MasterCard ödəniş sistemləri məhsullarının xəttində Maestro-dan MasterCard Black Edition-dək, Visa ödəniş sistemləri məhsullarının xəttində isə Visa Electron-dan Visa Infinite-dək kartlar daxildir. Həmçinin, emissiyadan əlavə, biz ekvayrinq sahəsində də həmin ödəniş sistemləri ilə əməkdaşlıq edirik, bu isə o deməkdir ki, həmin ödəniş sistemlərinə aid kartları öz bankomatlar şəbəkəmizdə və POS-terminallarımızda qəbul edə bilirik.
-Daha çox insan İnternet vasitəsi ilə alış-veriş edir. İnternet vasitəsi ilə ödənişlərin xüsusiyyətlərindən danışın.
-İnternet vasitəsi ilə malların alışı həyatımıza tədricən daha çox daxil olmaqdadır. Bu, bütün dünyada alışın icrası üçün rahat üsuldur – bu üsul insanın öz gücünə və vaxtına qənaət etməsinə kömək edir. Amma alış icra etməzdən əvvəl bir neçə amili də nəzərə almaq lazımdır. Əvvəla, İnternetlə alış-veriş etmək üçün ayrıca karta malik olmaq daha yaxşıdır. İkincisi, yalnız özünü yaxşı cəhətdən sübut etmiş etibarlı saytlarda şəxsi kart məlumatlarını daxil etmək məsləhət görülür. Amma bu halda da məlumatları həmin saytlarda saxlamaq düzgün deyil. Üçüncüsü, bank kartı açdırarkən İnternet Bankçılığı və SMS məlumatlandırmanı da qoşmaq lazımdır. Bu xidmətlər ödəniş kartları vasitəsi ilə icra olunan bütün əməliyyatlara vaxtlı-vaxtında nəzarət etməyə imkan yaradır. Dördüncüsü, 3D Secure xidmətinə qoşulmaq məsləhət görülür – bu xidmət yalnız kart sahibinə göndərilən birdəfəlik parolun köməyi ilə ödəniş kartının sahibini eyniləşdirmək yolu ilə alışın daha yaxşı mühafizə olunmasını təmin edəcək.
-Təhlükəsizlik məsələsinə qayıdaq. Bankın bankomatlarında skimmerlərin (red. – kartın maqnit xəttindən məlumatların səlahiyyətsiz oxunması üçün qurğuların) tətbiq olunması halları qeydə alınıbmı?
-Bankımızda bu cür hallar qeydə alınmayıb. Amma qeyd etmək lazımdır ki, dələduzluq hallarından heç kim tam olaraq sığortalanmayıb və hər bir Bank öz bankomat şəbəkəsini mühafizə etmək üçün tədbirlər görməyə çalışır. Bizim bankımızda bu cür halların qarşısını almaq üçün bankomatlarda antiskimmerlər, eləcə də təhlükəsizlik tələblərinə cavab verən proqramlar quraşdırılıb. Bundan əlavə, bankomatlarımızın təchiz edildiyi kameralar Bankın bankomatlarında icra olunan bütün əməliyyatlara nəzarət etməyə imkan yaradır.
-Bankınız əməkhaqqı layihələri hansı üstünlükləri verir?
-AccessBank əməkhaqqını ödəniş kartları vasitəsi ilə ödəmək niyyətində olan hüquqi şəxslərə və fərdi sahibkarlara əlverişli şərtlər təklif edir. Əsas üstünlüklərdən biri əməkhaqqını İnternet Bankçılıq xidməti vasitəsi ilə köçürmək imkanıdır. Yəni öz əməkdaşlarının əməkhaqqını AccessBank-ın kartları vasitəsi ilə ödəyən hüquqi şəxslər və fərdi sahibkarlar Bankın təklif etdiyi myAccess İnternet Bankçılıq xidmətinə qoşulmaqla ödəniş prosesinə özləri nəzarət edə bilər və bunun üçün artıq Banka gələrək əlavə sənədlər imzalamağa ehtiyac yoxdur.
-Müsahibəmizin sonunda, AccessBank-ın yeni ildə ödəniş kartları sahəsində hazırladığı yeniliklər haqqında məlumat verməyinizi xahiş edirik.
-Ümumilikdə, yaxın gələcəkdə məhsul xəttimizi genişləndirməyi, əlavə xidmətlərin funksionallığını artırmağı, müxtəlif tələbatlara malik müştərilər üçün maraqlı məhsullar tətbiq etməyi planlaşdırırıq.
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
12 saat əvvəl
Yuan və Avstraliya dollarının qlobal ehtiyatlarda payı artıb, dolların payı azalıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib
-
14 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
-
14 saat əvvəl
Azərbaycan zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib
-
14 saat əvvəl
Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
Ən çox oxunanlar

Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Kolleclərə yeni təyinatlar olub

Azərbaycandan Rusiya gedənlərin sayı 30 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalıb

Azərbaycana turist axını azalıb - Körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb

Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
