36 şəhər və rayonda kredit ittifaqı yoxdur
Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının sayı ölkənin şəhər və rayonlarının sayından çox - 76 olsa da, heç də bütün bölgələrdə bu növ maliyyə qurumu yaradılmayıb.
Aparılan araşdırmaya görə, ölkədə ən çox kredit ittifaqı Beyləqan rayonundadır. Bu bölgədə 8 kredit ittifaqı fəaliyyətdədir.
Növbəti yerlərdə hər birində 7 kredit ittifaqının olduğu Bərdə və Cəlilabad rayonları qərarlaşıb.
Paytaxt Bakıda və İmişli rayonunda isə 6 kredit ittifaqı mövcuddur.
Digər şəhər və rayonlara gəlincə isə, Füzulidə 4, Gəncə, Saatlı, Şəki və Tovuzda 3, Ağcəbədi, Biləsuvar, İsmayıllı, Masallı, Salyan və Şərurda 2, Ağsu, Astara, Gədəbəy, Xaçmaz, Qax, Qazax, Qəbələ, Quba, Lənkəran, Naxçıvan, Sumqayıt, Şəmkir, Tərtər və Yardımlıda isə 1 kredit ittifaqı fəaliyyət göstərir.
Beləliklə, kredit ittifaqları Azərbaycanın 30 bölgəsini əhatə edir. İşğal altındakı 8 şəhər və rayon nəzərə alınmazsa, 36 bölgədə kredit ittifaqı yoxdur.
№ | Şəhərin (rayonun) adı | Kredit ittifaqlarının sayı |
1 | Beyləqan | 8 |
2 | Bərdə | 7 |
3 | Cəlilabad | 7 |
4 | Bakı | 6 |
5 | İmişli | 6 |
6 | Füzuli | 4 |
7 | Gəncə | 3 |
8 | Saatlı | 3 |
9 | Şəki | 3 |
10 | Tovuz | 3 |
11 | Ağcabədi | 2 |
12 | Biləsuvar | 2 |
13 | İsmayıllı | 2 |
14 | Masallı | 2 |
15 | Salyan | 2 |
16 | Şərur | 2 |
17 | Ağsu | 1 |
18 | Astara | 1 |
19 | Gədəbəy | 1 |
20 | Xaçmaz | 1 |
21 | Qax | 1 |
22 | Qazax | 1 |
23 | Qəbələ | 1 |
24 | Quba | 1 |
25 | Lənkəran | 1 |
26 | Naxçıvan | 1 |
27 | Sumqayıt | 1 |
28 | Şəmkir | 1 |
29 | Tərtər | 1 |
30 | Yardımlı | 1 |
31 | Abşeron | 0 |
32 | Ağdaş | 0 |
33 | Ağstafa | 0 |
34 | Babək | 0 |
35 | Balakən | 0 |
36 | Culfa | 0 |
37 | Daşkəsən | 0 |
38 | Goranboy | 0 |
39 | Göyçay | 0 |
40 | Göygöl | 0 |
41 | Hacıqabul | 0 |
42 | Xızı | 0 |
43 | Kəlbəcər | 0 |
44 | Kəngərli | 0 |
45 | Kürdəmir | 0 |
46 | Qobustan | 0 |
47 | Qusar | 0 |
48 | Laçın | 0 |
49 | Lerik | 0 |
50 | Mingəçevir | 0 |
51 | Naftalan | 0 |
52 | Neftçala | 0 |
53 | Oğuz | 0 |
54 | Ordubad | 0 |
55 | Sabirabad | 0 |
56 | Samux | 0 |
57 | Sədərək | 0 |
58 | Siyəzən | 0 |
59 | Şabran | 0 |
60 | Şahbuz | 0 |
61 | Şamaxı | 0 |
62 | Şirvan | 0 |
63 | Ucar | 0 |
64 | Yevlax | 0 |
65 | Zaqatala | 0 |
66 | Zərdab | 0 |
67 | Ağdam | - |
68 | Cəbrayıl | - |
69 | Xankəndi | - |
70 | Xocalı | - |
71 | Xocavənd | - |
72 | Qubadlı | - |
73 | Şuşa | - |
74 | Zəngilan | - |
| Cəmi | 76 |
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
10 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
11 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
11 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 12 saat əvvəl
-
13 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"

























