Kiloqramı 10-12 manata satılır, Rusiya bazarlarına aparırlar
Göyçaylı fermerlər gəlirli sahə sayılan və bir çox xəstəliklərin dərmanı olan sarımsaq əkini ərazilərini xeyli genişləndiriblər. Sarımsaq əkini rayonun əsasən İnçə, Alxasafa, Dövranlı, Hacalıkənd, Məlikənd, Şıxbəy, Şıxəmir kəndlərində kütləvi şəkildə həyata keçirilib. Bu kəndlərdə demək olar ki, bütün təsərrüfat sahibləri öz həyətyanı ərazisində və pay torpağında sarımsaq əkini aparıb. Təxminən 40-45 dərəcə şaxtaya davamlılığı ilə seçilən sarımsaq yüksək məhsuldarlığı ilə fərqlənir.
Rayonda sarımsağın əsasən Şirvan sortu becərilir. Sentyabrda əkilir və mayın sonunda məhsul yığılır. Fermer Sərkər Süleymanov deyir ki, sarımsağı yaxşı becərəndə və vaxtında suvaranda hər hektardan 12-14 ton məhsul götürmək mümkündür. Fermer bildirir ki, 2015-ci ildə həyətə gələn müştərilərə bir kiloqram sarımsaq 3 manata satılırdı, ötən il isə bu məhsul 4-5 manata təklif olunub. İş adamları kəndlilərdən aldıqları sarımsağı əsasən Rusiya bazarlarına aparırlar. Bunun üçün onlar indidən kəndlərə gələrək əvvəlcədən pul ödənişi edirlər. Məhsul yığımı vaxtı isə birbaşa sahədən alıb aparırlar. Hazırda Göyçayın mərkəzi bazarında yerli sarımsağın bir kiloqramı 10-12 manata satılır.
Fermer Orxan Xəlilovun sözlərinə görə, dövlət qayğısından bəhrələnən kəndlilər ixracyönümlü məhsul olan sarımsağın əkin sahələrini ildən-ilə artırırlar: “Sarımsaq əkini və yığımı əl əməyi ilə aparılır. Biz yüksək məhsul əldə etmək üçün əziyyət çəkməli oluruq. Bitkiləri ziyanvericilərdən qorumaq üçün vaxtında dərmanlama işləri görülür, eləcə də keyfiyyətli məhsul əldə etmək məqsədilə gübrə verilir. Cari ildə bir hektar ərazidə sarımsaq əkmişəm və gələcəkdə əkin sahələrini daha da genişləndirəcəm”.
Göyçay rayon Kənd Təsərrüfatı İdarəsindən verilən məlumata görə, bu il ilk dəfə olaraq rayonun 17 kəndində, ümumilikdə, 25 hektar ərazidə sarımsaq əkini aparılıb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
-
1 saat əvvəl
Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı
-
-
2 saat əvvəl
Bank of Baku-nun Mastercard Digital Bolkart kartı qazandırır - 5% KEŞBEK və PULSUZ GEDİŞLƏR!
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
-
2 saat əvvəl
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
-
2 saat əvvəl
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Almaniya bankı qızıl üzrə qiymət proqnozunu dəyişmədi - "6 MİN DOLLARA YÜKSƏLƏCƏK"
-
3 saat əvvəl
"Samsung" Azərbaycanın planşet bazarındakı payının 27 %-ni itirib
-
3 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib
Ən çox oxunanlar
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
BYD, Xpeng və Li Auto-nin satışları azalıb, səhmləri ucuzlaşıb
"Prime Cotton" şirkəti 2025-ci ildə pambıq və tekstil sahəsində rekord nəticələrə imza atıb
Fevralın 3-də gözlənilən hava şəraiti
























