"Turan Bank" bağlanan bankların yolu ilə gedir
Vaxtilə "Para Bank" 20% ətrafında faizlər ilə əmanət cəlb etməsilə diqqəti cəlb edirdi. Bazarda əmanət faizləri 12% ətrafında olduğu halda "Para Bank"ın yüksək faizlə əmanət cəlb etməsi bankın riskli olduğuna işarə idi. Hətta "Marja.az" bu barədə bir məqalə də yaymışdı. Həmin vaxt, "Para Bank"ın rəhbərliyi redaksiyamıza zəng vuraraq hər şeyin "super" olduğunu bildirirdilər. Amma çox keçmədi Bankın lisenziyası ləğv edildi.
Adətən etibarlı, dayanıqlı maliyyə təşkilatları aşağı gəlir faizləri təklif edirlər. Bu, həmin təşkilatlarda risklərin aşağı olması ilə bağlıdır. Riskli hesab edilən kredit təşkilatları isə yüksək faizlər ilə əhalini və investorları şirnikləndirməyə çalışırlar. Yüksək faizlər, xərc yükünü də artırır, bankı daha kövrək edir.
Elə götürək sonuncu hadisəni - "Dəmir Bank"ın lisenziyasının ləğv edilməsini. Əmanətlərin Sığortalanması Fondu, media tərəfindən dəfələrlə milli valyutada illik 15% dərəcəsinədək, xarici valyutada isə 3% dərəcəsinədək yerləşdirilən əmanətlərin sığortalandığı bəyan edilsə də, "Dəmir Bank"da 28,3 milyon manat qorunmayan əmanətin olduğunun açıqlanması təəccüb doğurur. Görünən budur ki, bir sıra insanlar nəfislərini cilovlaya bilmirlər.
Qorunmayan əmanətlərin artmasında xarici valyutada yerləşdirilən əmanətlər üzrə sığorta faizinin 3% olmasının da rolu var. Bəzi banklar Dollar əmanətlərində yüksək faizlər təklif edərək, qorunmayan əmanətlərin artmasına səbəb olurlar.
“Dəmir Bank” da ötən illərdə 15%-dən yüksək faizlər ilə əmanət cəlb etməsilə diqqəti cəlb edirdi.
"Marja" xəbər verir ki, hazırda bağlanan bankların yolu ilə gedərək yüksək faizlə əmanət cəlb edən banklardan biri Turan Bankdır. Bu bankda əmanət faizləri əsasən 16-18,5% intervalındadır ki, bu faiz dərəcələri ilə yerləşdirilən əmanətlər sığortalanmır. Bankın saytında yer alan məlumata görə (https://turanbank.az/ferdi-bankchiliq/man-tl-r/sirl-r-x-zin-si-kampaniyas/), Turan Bank "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində 6 növ əmanət təqdim edir. Bu əmanət məhsullarından 4-ünün faizi 16% və ya daha yüksəkdir. Bankın yüksək faizlə əmanət cəlb etməsi vəsaitə ehtiyacının olduğuna və risklərə işarə edir. Əgər "Turan Bank" “Kapital Bank” qədər dayanıqlı və etibarlıdırsa 8%-lə əmanət cəlb etsin. Maliyyə dünyasında qəbul olunmuş qaydaya görə, yüksək gəlirlilik faizi risklərə işarədir.
Biz media olaraq vətəndaşlara bu məsələdə diqqətli olmağı tövsiyə edirik.
Bir daha diqqətinizə çatdırırıq ki, 2 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün tətbiq edilən maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3% həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.
Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmur və bu əmanətlərə görə kompensasiya ödənilmir.
06 Dekabr 2017-ci il tarixində, 12 ay müddətinə, faizlərin götürülməsi şərtindən asılı olaraq banklarda əmanətlərin faiz dərəcələri aşağıdakı kimi olmuşdu. (Qeyd edək ki, banklar 13-36 ay müddətinə yerləşdirilən əmanələrə görə nisbətən yüksək faizlər təklif edirlər.)
Bankı adı | 12 ay üçün faiz dərəcəsi |
Access Bank | 12,3-13% |
AFB Bank | 7% |
AGBank | 13-14% |
Amrahbank | 9-10% |
AtaBank | 15% |
Azər Türk Bank | 9-10,5% |
Azərbaycan Beynəlxalq Bankı | 9-10% |
Azərbaycan Sənaye Bankı | 12% |
Bank Avrasiya | 13% |
Bank of Baku | 12% |
Bank BTB | 11-12% |
Bank Respublika | 7-8% |
Bank Silk Way | 2% |
Bank VTB (Azərbaycan) | 11,4-12% |
DəmirBank | 13-15% |
Expressbank | 10-10,4% |
Günay Bank | 12% |
Kapital Bank | 8-8,5% |
Muğanbank | 15% |
Naxçıvanbank | 2-4% |
NBCBank | 13-14% |
Paşa Bank | Min 30 min, Razılaşma ilə, |
Rabitəbank | 8-9% |
TuranBank | 16-16,5% |
Unibank | 9-10% |
Xalq Bank | 6% |
Yapı Kredi Bank Azərbaycan | 11% |
Ziraat Bank Azərbaycan | 9% |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
10 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
11 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
11 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)
.jpg)




.jpg)





