“Şahdağ”ın böyük zərəri büdcənin 18 milyon manatı hesabına bağlanıb
“Vergi uçotu ilə hesablama aparılarsa 13 milyon 441,7 min manat zərər yaransa da, büdcədən zərərin ödənilməsi məqsədi ilə ayrılan vəsait hesabına “Şahdağ Turizm Mərkəzi” QSC-nin 2016-cı ili əsas fəaliyyəti üzrə 1 milyon 805,2 min manat mənfəətlə başa vurduğu məlum olur”.
Bu barədə məlumat Hesablama Palatasının “Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ Turizm Mərkəzi” QSC-nin 2016-cı il üzrə maliyyə-təsərrüfat fəaliyyəti əhatə olunmaqla 2017-ci ilin fevral ayının 1-dən mart ayının 16-sı tarixinədək maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinə dair hesabatında yer alıb.
Sənəddə qeyd olunub ki, Cəmiyyət üzrə 2016-cı ilin 31 dekabr tarixinə təqdim olunan məlumatlara əsasən satışın maya dəyərinin tərkibində ən yüksək çəkiyə əməyin ödənişi üzrə xərclər (37,7%) və amortizasiya ayırmaları (30,7%) təşkil edib. Qeyd olunur ki, əmək haqqı və sosial sığorta ayırmaları üzrə xərclər satışın maya dəyərində yüksək xüsusi çəkiyə malik olmaqla yanaşı, əsas fəaliyyət üzrə gəlirlərdən 1003,0 min manat (35,9%) çox olub.
Cəmiyyətin 2016-cı il 01 mart tarixinə kassasında pul qalığı olmayıb, mart-dekabr ayları ərzində əsas xidmətlərdən 2 milyon 169,8 min manat, bankdakı hesablaşma hesabından isə 100,0 min manat olmaqla cəmi 2 milyon 269,8 min manat pul vəsaiti mədaxil olunub, bundan 243,9 min manat əmək haqqına, 17,8 min manat malların alınmasına, 36,9 min manat işçilərin ezamiyyət xərclərinin ödənilməsinə, 22,2 min manat iş və xidmətlərin haqqının ödənilməsinə xərclənib, 17,5 min manat kassadan geri qaytarılıb, 1 milyon 592,3 min manat vəsait isə bankdakı hesablaşma hesabına köçürülüb, 2017-ci il 01 yanvar tarixinə mərkəzi kassasında qalıq pul vəsaiti 339,0 min manat təşkil edib.
Hesabat ilində satışdan 3 milyon 26,1 min manat və zərərin ödənilməsi üçün dövlət büdcəsindən 17 milyon 991,4 min manat pul vəsaiti daxil olub, bundan 2 milyon 105,1 min manatı ƏDV kimi büdcəyə, 6 milyon 347,5 min manatı “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyətinin borcuna, 11 milyon 571,7 min manat fəaliyyəti ilə bağlı mal (iş və xidmətlərin) alışına, 295,6 min manatı isə əsas vəsaitlərin əldə olunmasına yönəldilib və 01.01.2017-ci il tarixə qalıq pul vəsaitləri 697,6 min manat təşkil edib.
© APA
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 56 d. sonra
-
- 32 d. əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















