"UNİBANK"ın kapitalı artırıldı

Bakı Fond Birjasında "UNİBANK"-ın hər birinin nominal dəyəri 2,72 manat olan, ümumi dəyəri 6 milyon 28 manat 96 qəpik məbləğində sənədsiz səhmlərinin yerləşdirilməsi başa çatıb.
Eyni zamanda, Bakı Fond Birjasında "UNİBANK" tərəfindən faizli, sənədsiz adlı təmin edilməmiş ümumi nominal dəyəri 10 milyon dollar olan istiqrazın yerləşdirilməsi də yekunlaşıb.
"UNİBANK"dan "Marja"ya daxil olmuş məlumata görə, səhmlərin və istiqrazların yerləşdirilməsi nəticəsində Bankın nizamnamə kapitalı 6 milyon manat artaraq 126 milyon manat, prudensial qaydalara uyğun məcmu kapital isə 22 milyon manat artaraq 66 milyon manata çatıb.
Nizamnamə kapitalının artımı ilə səhmdarların pay bölgüsündə də dəyişikliklər olub. Kapitallaşmanın ikinci mərhələsindən sonra yerli fiziki şəxs olan səhmdarların payı 45,74%, beynəlxalq maliyyə institutları olan DEG – Almaniya İnvestisiya Şirkətinin payı 25,99%, Avropa Yenidənqurma və İnkişaf bankının (AYİB) payı isə 18,49% təşkil edəcək.
Xatırladaq ki, bu il ərzində "UNİBANK" artıq ikinci dəfədir ki, kapitalını artırır. İyun ayında bankın nizamnamə kapitalı 49 milyon manat artırılmışdı.
Başa çatan yenidənkapitallaşma prosesi bankın gələcək uğurlu inkişafı üçün əlavə imkanlar yaradır.
İLİ MƏNFƏƏTLƏ BAŞA VURUR
"UNİBANK" 2015-ci il iqtisadi böhran və makroiqtisadi şokların neqativ nəticələrini səhmdarların dəstəyi ilə aradan qaldırmaqla, bütün itkiləri bərpa edərək, 2017-ci ili 2 milyon manat mənfəətlə başa vurur.
Bankın təsdiqlənmiş 3 illik strateji planına və maliyyə proqnozuna əsasən, "UNİBANK" 2018-ci ili 15 milyon manat mənfəətlə yekunlaşdırmağı planlaşdırır.
Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində "UNİBANK" adı altında fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, "Unibank" ölkə bank sektorunun aparıcıları siyahısına daxildir.
Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 950 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “DEG” Almaniya İnvestisiya Şirkəti "UNİBANK"-ın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 ildən artq fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayterlərindən biridir
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 14 d. əvvəl
-
-
28 d. əvvəl
“Bahar” və “Qum-dəniz” yataqları yenidən işlənəcək - SOCAR və SLB şirkəti sənəd imzaladı
-
44 d. əvvəl
AADA sədri "Ekoloji təmiz nəqliyyat vasitələri ilə avtoparkın yenilənməsi" mövzusunda çıxış edib
-
55 d. əvvəl
Tarixi hərracdan sonra - "ABB-İnvest"in rəsmisi AYİB istiqrazlarının əhəmiyyətindən danışdı
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır
- 10 saat əvvəl
-
16 saat əvvəl
İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır
Ən çox oxunanlar

Əliyev Danimarkada səfərdədir, ziyafətdə iştirak edib

İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı

Netflix-in səhmləri İlon Maskın izləyicilərini xidmətə abunəliyi ləğv etməyə çağırandan sonra ucuzlaşıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
