SOCAR iddialara cavab verdi
Son günlərdə bir sıra kütləvi informasiya vasitələrində SOCAR-ın Kompleks Qazma İşləri Tresti ilə bağlı bəzi iddialar yayılıb. İddialar - işə qəbul prosesində uyğunsuzluqlar, əməliyyat xərclərinin şişirdilməsi və s. haqqındadır.
SOCAR-dan bildirilib ki, şirkətdə korporativ standartlardan kənarlaşma ehtimalı olan struktur çərçivələri və davranışlarla bağlı daimi araşdırmalar aparılır, şirkətin nüfuz və mənafeyinə ziyan vura bilən özbaşınalıq və qayda pozuntuları haqqında alınmış bütün siqnallar ciddi şəkildə yoxlanılır. Məhz bu səbəbdəndir ki, hələ 2012-ci ildə, şirkətin müasir korporativ fəaliyyət tərzinə keçid prosesinin bir hissəsi olaraq, SOCAR-ın daxili antikorrupsiya siyasəti qəbul olunub və onun həyata keçirilməsi üçün Risklərin İdarəedilmə Komitəsi yaradılıb, nüfuzlu beynəlxalq məsləhətçi şirkətlərin cəlb edilməsi ilə praktiki mexanizmlər müəyyən edilib. Bu tədbirlər çərçivəsində şirkət üzrə vahid qaynar xətt yaradılıb. SOCAR-ın rəsmi veb saytı, e-mail və digər əlaqə vasitələri ilə əməkdaşlarımız, eləcə də başqa maraqlı şəxslər müşahidə etdikləri qanunsuzluq, korrupsiya və buna bənzər hallarla bağlı anonim və ya açıq formada məlumatlarını araşdırılmaq üçün göndərə bilirlər və daxil olan müraciətlər yaradılmış xüsusi komissiya tərəfindən araşdırılır.
Hazırda mətbuatda müzakirə olunan məsələlər müvafiq yoxlama zamanı şirkət daxilində araşdırılıb, yekun nəticələr əldə edilib. Bununla bağlı bildiririk ki, 2017-ci il ərzində Kompleks Qazma İşləri Trestində (KQİT və ya Trest) Azərbaycan Respublikasının Əmək Məcəllləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ştatların ixtisarı ilə əlaqədar olaraq), mətbuatda qeyd edilənlərdən fərqli olaraq, yalnız iki nəfər işdən azad edilib. Onlardan biri səhhətində problem olduğu üçün, əmək haqqının 5 misli məbləğində müavinət alaraq əmək müqaviləsinə xitam verilməsini özü istəyib. Digəri- Arif Qəmbərov isə ştat ixtisarı ilə əlaqədar ona təklif olunan müxtəlif vəzifələrdən imtina edib, Trest qarşısında qanunsuz şərtlər irəli sürüb, ona edilən təkliflərdən bir neçə dəfə imtina etdiyi üçün, onunla bağlanmış əmək müqaviləsi, AR ƏM-nin tələblərinə ciddi əməl olunmaqla ləğv edilib. Həmin şəxsin müvafiq məhkəməyə təqdim etdiyi iddia da, qanunsuz olduğu üçün rədd edilib.
KQİT-nin fəaliyyəti ilə bağlı olan digər iddia isə əməliyyat xərclərinin şişirdilməsidir. Həmin iddia da artıq araşdırılıb. 1533, 1535, 1779, 37 saylı quyularla bağlı mətbuatda qeyd olunan məqamlar qarışıqdır və həqiqəti əks etdirmir. Belə ki,1533 saylı quyu 05.05.2008-ci il tarixdə, 1535 saylı quyu 28.12.2007-ci il tarixdə, 37 saylı quyu 04.03.2008-ci il tarixdə, 1779 saylı quyu isə hətta Trest yaranmamışdan xeylı əvvəl istismara təhvil verilib. Beləliklə, aparılmış araşdırmalardan məlum olub ki, bu iddiaların bir qismi ümumiyyətlə trestin fəaliyyət dövrünə belə aid edilə bilməz. Quyular təhvil verildikdən sonra dəfələrlə audit yoxlamalarından keçib və bu yoxlamalar nəticəsində görülmüş işlərin səmərəsi ilə bağlı heç bir şübhə yaranmayıb.
Qeyd edək ki, 2011-ci ildən etibarən SOCAR-da işə qəbul, yerdəyişmə, karyera yüksəlişi həmin il yaradılmış İnsan Resursları Departamenti tərəfindən tam şəffaf, obyektiv şəkildə, müsabiqə əsasında, mərkəzləşmiş qaydada həyata keçirilir. KQİT-də işləyən əməkdaşların səriştəliklərinə dair, o cümlədən KQİT rəhbərinin müşaviri ilə bağlı peşəkarlıq baxımından uyğunsuzluq iddiaları həmin Departamentdə araşdırılıb, bu iddiaların da həqiqətə uyğun olmadığı aşkar edilib. Azərbaycan Neft və Sənaye İnstitutunu bitirmiş Ədalət İmaməliyev uzun illər qazma sahəsində rəhbər vəzifələrdə çalışıb və “Əməkdar Mühəndis” fəxri adına layiq görülüb.
Ümumiyyətlə, qeyd olunmalıdır ki, SOCAR-ın antikorrupsiya siyasəti şirkətin korporativ mənafeyini qorumaq üçün nəzərdə tutulan mexanizmlərdən biridir. SOCAR korporativ hədəflərinə zidd olan davranışları aşkar edib, onların qarşısının almağı səmərəli fəaliyyətin təməl prinsiplərindən hesab edir. Bununla belə bu məqsəd üçün yaradılmış şikayət mexanizmləri insanlar tərəfindən bir çox hallarda öz aralarında olan şəxsi hesablaşmalar üçün sui-istifadə olunur. Bəzən şəxsi zəmində həmkarlarından razı olmayan şəxslər öz mənafeləri üçün şirkətin korporativ mənafeyini bəhanə gətirir, qaynar xəttə əsassız ittihamlar göndərirlər. Buna baxmayaraq, şirkətin korportaiv mənafeyini mütləq dəyər kimi əsas tutaraq, Risklərin İdarəedilməsi Komitəsi qaynar xətt vasitəsi ilə daxil olan bütün şikayət, irad və təklifləri bundan sonra da ciddi şəkildə araşdırmaqda davam edəcək, tutarlı dəlillərlə əsaslandırılan bütün ittihamlarla bağlı müvafiq tədbirlər görüləcək.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
6 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
6 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
7 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 9 saat əvvəl
-
11 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























