Fed/Williams: 2018-də faizin 3 dəfə artırılması məntiqlidir
ABŞ Mərkəzi Bankı Fed-in San-Fransisko şöbəsinin sədri Con Uilyams (John Williams), bu il faizin üç dəfə artırılmasının məntiqli olduğunu deyib.
"Marja" xəbər verir ki, Uilyams, "Olduqca yaxşı vəziyyətdəyik: İqtisadiyyat çox yaxşı gedir, hamı bizdən faizi mərhələli olaraq artırmağı gözləyir" deyib.
Uilyams, 6 Yanvarda Reuters-ə verdiyi müsahibəsində, "Əgər göstəricilər dəyişirsə, buna reaksiya verə bilərik" açıqlamasını verib.
İnflyasiyanın qəflətən qalxması məsələsində bir qorxusu olmadığını deyən Williams, "Bu il faizin üç dəfə artırılması mənə məntiqli gəlir" şəklində danışıb.
Uilyams, "ABŞ iqtisadiyyatı iki il sonra çox müsbət bir yerdə olacaq: İnflyasiyanın 2 faiz və işsizliyin 4 faiz ətrafında olacağını gözləyirəm" şəklində bildirib.
Uilyamsın bu il Federal Açıq Bazar Komitəsinin iclaslarında səsvermə hüququ var.
"FAİZİN 2 DƏFƏ ARTIRILMASININ TƏRƏFDARIYAM"
ABŞ Mərkəz Bankının (Fed) Filadelfiya şöbəsinin sədri Patrik Harker, Fed-in 2018-ci il ərzində 2 dəfə faiz artırmasının tərəfdar olduğunu açıqlayıb.
Uzun müddətdir Fed-in 2 faiz hədəfindən aşağı qalan inflyasiyanın iqtisadiyyat üçün problem yaradacağını bildirən Harker, "Əgər inflyasiyada zəiflik davam etsə, bu ciddi problem olacaqdır. Bu səbəbdən 2018-ci ildə faizin 2 dəfə artırılmasının məqsədəuyğun olacağı fikirdəyəm" -ifadələrini istifadə edib.
Harker, həmçinin hazırda 1,8 faiz səviyyəsində olan inflyasiyanın 2019-da 2%-i keçdikdən sonra yenidən geriləməsini gözlədiyini dilə gətirib.
"İnflyasiyanın yalnız 2%-ə yüksəlməsi deyil bir müddət bu səviyyənin bir az üstünə çıxması faydalı olacaqdır" deyən Harker, Amerika iqtisadiyyatının bu il 2,5%-dən bir az çox artacağını gözlədiyini sözlərinə əlavə edib.
"İNFLYASİYADA SON İKİ İLDƏ HEÇ BİR İRƏLİLƏYİŞ QEYD ETMƏDİK"
Filadelfiya Fed sədri Harker-in inflyasiya barəsindəki fikirlərinə qatılan bir başqa Fed rəsmisi St.Louis Fed sədri Ceyms Bullarddır (James Bullard).
Bullard, Bloomberg-ə verdiyi müsahibəsində, Fed-in son iki ildə inflyasiya hədəfinə doğru heç bir irəliləyiş qeyd etmədiyini vurğulayaraq, "Pul siyasətində bir qərarverici şəxs olaraq, inflyasiya bu qədər aşağıda qalarkən gözləyib görməyi üstün tuturam", -ifadələrini istifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
4 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 7 saat əvvəl
-
7 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















