Kənd təsərrüfatı kooperativlərinə satış yerlərinin verilməsi qaydası müəyyən olunub

Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na yarımbənd və hissələr əlavə edilib.
Əlavələrə görə, kənd təsərrüfatı kooperativi bazarı – kənd təsərrüfatı kooperativi kimi dövlət qeydiyyatından keçmiş hüquqi şəxs tərəfindən idarəedilən kənd təsərrüfatı məhsulları bazarıdır.
Kənd təsərrüfatı məhsulları bazarında kənd təsərrüfatı kooperativlərinə ticarət yerləri bazarın rəhbəri (mülkiyyətçisi) ilə kənd təsərrüfatı kooperativi arasında bağlanılmış müqavilə əsasında mövcud yerlərin 20 faizindən az olmamaq şərtilə verilir. Bazarın rəhbəri (mülkiyyətçisi) ilə kənd təsərrüfatı kooperativi arasında müqavilənin bağlanılması üçün kənd təsərrüfatı kooperativi ərizə ilə bazarın rəhbərinə (mülkiyyətçisinə) müraciət edir. Ərizədə kooperativin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, müəssisə rəhbərinin soyadı, adı, atasının adı, əlaqə vasitələri, bazarda satılacaq məhsulun növü, miqdarı və satış üçün tələb olunan yerlərin sayı barədə məlumatlar göstərilir. Ərizəyə kənd təsərrüfatı kooperativinin dövlət qeydiyyatı şəhadətnaməsinin surəti əlavə olunur. Bazarın rəhbəri (mülkiyyətçisi) ərizəyə 10 (on) iş günü müddətində baxaraq, kənd təsərrüfatı kooperativinə bazarda ticarət yerlərinin verilməsi ilə bağlı müqavilənin bağlanılmasına dair qərar (razılıq və ya əsaslandırılmış imtina) qəbul edir.
Kənd təsərrüfatı kooperativləri satış şəbəkələrinin (fermer mağazaları, yaşıl marketlər, kənd təsərrüfatı kooperativi bazarları, topdansatış mərkəzləri) təşkili üçün torpaq sahəsinin istifadəyə və icarəyə verilməsi ilə bağlı yerli icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına müraciət edirlər. Yerli icra hakimiyyəti orqanları və ya bələdiyyə orqanları ərazi planlaşdırılması sənədləri, o cümlədən nəqliyyat və mühəndis-kommunikasiya təminatı infrastruk-turunun imkanları nəzərə alınmaqla, 1 (bir) ay müddətində müraciətə dair “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq qərar (razılıq və ya əsaslandırılmış imtina) qəbul edirlər.
Kənd təsərrüfatı kooperativləri satış şəbəkələrinin təşkili üçün istifadəyə və ya icarəyə götürmək istədikləri bina və ya qeyri-yaşayış sahəsi ilə bağlı dövlət əmlakının sərəncamçısına - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və ya bələdiyyə orqanına müraciət edirlər. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müraciətə 20 (iyirmi) gün müddətində baxaraq, həmin və ya başqa bir binanın və ya qeyri-yaşayış sahəsinin kənd təsərrüfatı kooperativinə icarəyə verilməsi barədə qərar qəbul edir və ya əsaslandırmaqla əmlakı icarəyə verməkdən imtina edir.
Bələdiyyə orqanı mülkiyyətində olan obyektlərin kənd təsərrüfatı kooperativinin istifadəsinə və ya icarəsinə verilməsi məsələsinə 20 (iyirmi) gün müddətində baxır və rəsmi cavab verir.
Kənd təsərrüfatı kooperativləri satış şəbəkələrində iş rejimini, satılacaq məhsulların növünü və yerlərini müəyyənləşdirməli, satıcıları ticarət yerləri, ölçmə vasitələri ilə təmin etməli və ərazidə digər xidmətlərin (ərazinin təmizlənməsi (yığışdırılması), baytarlıq-fitosanitar və sanitarepidemioloji nəzarət tədbirlərinin görülməsi və s.) göstərilməsini təşkil etməlidirlər. Kənd təsərrüfatı kooperativi bazarında bazarın rəhbəri (mülkiyyətçisi) tərəfindən həmin kooperativin üzvləri üçün mövcud yerlərin 50 faizindən az olmamaq şərtilə ticarət yerləri ayrılır.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
5 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
5 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
6 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 6 saat əvvəl
-
6 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
7 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 7 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
