“ExpressBank” 2016-dan qazancla çıxıb
“ExpressBank” ASC 2016-cı ili 439 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2015-ci illə müqayisədə ötən il Bankın xalis mənfəəti təxminən 33% azalıb. “ExpressBank” 2015-ci ili 653 min manat xalis mənfəət ilə başa vurmuşdu.
Ötən il “ExpressBank”ın cəmi gəlirləri 47 milyon 654 min manat, o cümlədən faiz gəlirləri 36 milyon 957 min manat, qeyri-faiz gəlirləri isə 10 milyon 697 min manat təşkil edib. Qeyri-faiz gəlirlərinin 6 milyon 61 min manatı məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir təşkil edib.
Ötən il 2015-ci illə müqayisədə “ExpressBank”ın cəmi gəlirləri təxminən 12% azalıb. “ExpressBank” 2015-ci ildə 54 milyon 122 min manat cəmi gəlir əldə etmişdi.
2016-cı ildə, gəlirlərdən faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra “ExpressBank”ın 13 milyon 879 min manat xalis əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 13 milyon 440 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb və nəticədə də bankın 439 min manat xalis mənfəəti qalıb.
Qeyd edək ki, 2015-ci ildə “ExpressBank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 20 milyon 593 min manat ayırmışdı.
31 Dekabr 2016-cı il tarixinə “ExpressBank” ASC 286 milyon 822 min manat cəmi aktivlərə, 144 milyon 789 min manat cəmi öhdəliklərə, 142 milyon 32 min manat cəmi kapitala malik olub. 2015-ci ilin sonunda “ExpressBank” 321 milyon 721 min manat cəmi aktivlərə, 180 milyon 169 min manat cəmi öhdəliklərə və 141 milyon 552 min manat cəmi kapitala malik idi.
Müştərilərə verilən kreditlərin məbləği 275 milyon 229 min manatdan 199 milyon 320 min manata düşüb. “ExpressBank” kreditlərin 114 milyon 602 min manatını özəl hüquqi şəxslərə, 25 milyon 411 min manatını sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə, 24 milyonu dövlət müəssisələrinə, 59 milyon 284 min manatı fiziki şəxslərə ayırıb.
"ExpressBAnk"ın maliyyə hesabatları ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
28 d. əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
16 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
-
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...
Azərbaycan neftinin son qiyməti
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI





















