Azərbaycanda 5 sığorta şirkətinin bazar payı artıb
Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 5-nin bazar payı 2017-ci ildə artıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatına görə, bunlar "PAŞA Həyat Sığorta", "Atasığorta", "Qala Sığorta", "Günay Sığorta" və "Bakı Sığorta" şirkətləridir.
Onların ötən il topladıqları sığorta haqlarının ümumi yığıma nisbəti 2016-cı illə müqayisədə çox olub. 1 şirkət - "Naxçıvan Sığorta" bazara ötən il daxil olub. Qalan 15 şirkətin isə bazar payı azalıb.
№ | Sığorta şirkətinin adı | Şirkətin bazar payı (toplanmış sığorta haqlarına əsasən) | |
2017-ci ildə | 2016-cı ildə | ||
1 | PAŞA Həyat Sığorta | 26,43% | 16,0% |
2 | PAŞA Sığorta | 19,32% | 20,6% |
3 | Azərsığorta | 7,26% | 8,48% |
4 | Atəşgah Sığorta | 7,03% | 8,19% |
5 | Atəşgah Həyat Sığorta | 6,89% | 7,70% |
6 | Azsığorta | 4,55% | 4,67% |
7 | AXA MBASK | 4,00% | 4,52% |
8 | Qala Həyat Sığorta | 3,57% | 6,53% |
9 | İpək Yolu Sığorta | 3,18% | 3,94% |
10 | Meqa Sığorta | 3,03% | 4,17% |
11 | Atasığorta | 2,46% | 1,91% |
12 | A-Qrup Sığorta | 2,28% | 2,63% |
13 | Standard Insurance | 2,26% | 4,18% |
14 | Qala Sığorta | 1,96% | 0,96% |
15 | Günay Sığorta | 1,71% | 0,54% |
16 | Xalq Sığorta | 1,40% | 2,03% |
17 | Azərbaycan Sənaye Sığorta | 1,30% | 1,32% |
18 | Bakı Sığorta | 0,23% | 0,19% |
19 | Rəvan Sığorta | 0,12% | 0,21% |
20 | Naxçıvan Sığorta | 0,02% | - |
21 | Amrah Sığorta | 0,00% | 0,01% |
Həyata keçirilmiş sığorta ödənişləri baxımından bazar payına gəlincə isə, 21 şirkətdən 7-də - "PAŞA Həyat Sığorta", "Atəşgah Həyat Sığorta", "AXA MBASK", "Azsığorta", "Atasığorta", "Günay Sığorta" və "Qala Sığorta"da artım baş verib. "Naxçıvan Sığorta" şirkəti təbii olaraq bu prosesdən kənarda qalıb. Qalan 13 şirkətin isə ötənilki sığorta ödənişlərinin ümumi ödənişə nisbəti 2016-cı illə müqayisədə az olub.
№ | Sığorta şirkətinin adı | Şirkətin bazar payı (həyata keçirilmiş sığorta ödənişlərinə əsasən) | |
2017-ci ildə | 2016-cı ildə | ||
1 | PAŞA Həyat Sığorta | 22,56% | 19,35% |
2 | Atəşgah Həyat Sığorta | 21,41% | 11,43% |
3 | PAŞA Sığorta | 16,90% | 20,00% |
4 | Qala Həyat Sığorta | 6,84% | 9,26% |
5 | Atəşgah Sığorta | 6,14% | 6,63% |
6 | Azərsığorta | 4,81% | 6,81% |
7 | AXA MBASK | 4,80% | 4,13% |
8 | Azsığorta | 3,54% | 3,27% |
9 | A-Qrup Sığorta | 3,15% | 3,33% |
10 | Standard Insurance | 2,16% | 3,63% |
11 | Atasığorta | 1,95% | 1,49% |
12 | Xalq Sığorta | 1,54% | 2,77% |
13 | Azərbaycan Sənaye Sığorta | 1,31% | 1,37% |
14 | Meqa Sığorta | 1,22% | 1,76% |
15 | İpək Yolu Sığorta | 0,70% | 1,12% |
16 | Günay Sığorta | 0,45% | 0,11% |
17 | Rəvan Sığorta | 0,21% | 0,36% |
18 | Qala Sığorta | 0,16% | 0,00% |
19 | Bakı Sığorta | 0,11% | 0,28% |
20 | Amrah Sığorta | 0,03% | 0,08% |
21 | Naxçıvan Sığorta | 0,00% | - |
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 11 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
16 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
16 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb






















