OPEC və Rusiya: Hasilatın azaldılması 2019-da da davam edə bilər
OPEC və Rusiya neft hasilatının azaldılması sazişinin 2018-ci ildən sonra da davam edə biləcəyinə işarə ediblər. Açıqlamalar neft qiymətlərinin yüksəlməsinə səbəb olub.
OPEC və Rusiya daxil bir sıra tərəfdaşları qlobal artıq neft təklifini azaltmaq üçün neft hasilatlarını məhdudlaşdırıblar.
"Marja" xəbər verir ki, OPEC və Rusiya məhdudiyyətləri il sonuna qədər davam edəcəklərini yenidən təsdiqləyiblər və növbəti il üçün də əməkdaşlıq etməyə hazır olduqlarına işarə ediblər.
Rusiyanın energetika naziri Aleksandr Novak, Səudiyyəli həmkarı ilə birlikdə Bloomberg-ə verdiyi məlumatda, Rusiyanın, OPEC və neft istehsalçısı qrupun faktiki lideri Səudiyyə Ərəbistanı ilə hasilat məhdudlaşdırmalarının müddəti başa çatdıqdan sonra da əməkdaşlığa davam etməyə hazır olduğunu bildirib.
Səudiyyə Ərəbisanının energetika naziri Xalid Al-Falih isə, istehsalçıların hasilatı məhdudlaşdırmağa 2018-ci il boyu davam etməsi lazım olduğunu bildirib və bazarın il sonunda və ya 2019-da yenidən tarazlığa çata biləcəyini söyləyib. İki nazir də məhdudiyyətlərin 2019-da da davam edib-etməyəcəyinə dair dəqiq məlumat verməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 7 saat sonra
-
-
6 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
15 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 15 saat əvvəl
-
15 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
17 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)
.jpg)













.jpg)
