Norm Sement ənənəvi müştəri təlimlərinə davam edir ®
Norm Sement ötən il ərzində mütəmadi şəkildə müştərilərlə görüş və təlimlər keçirmişdir. İnformativ və maarifləndirici xarakter daşıyan təlimlər 100-dən çox müştərinin iştirakı ilə aprel və noyabr aylarında baş tutmuşdur. Şirkət bu ənənəni 2018-ci ildə də davam etdirmək niyyətindədir.
2017-ci ilin noyabr ayında “Müasir dövrdə Avropa ölkələrində istehsal olunan əmtəə betonu” və “Sementin mineral tərkibi” mövzularında təlim xarakterli tədbir təşkil edildi. Təlim İsveçrənin nüfuzlu PSA Zurich Akademiyasının mütəxəssisi Yurgen Oknik tərəfindən keçirildi.
Təlimlərə Azərbaycanda fəaliyyət göstərən bir çox beton zavodlarının və müxtəlif tikinti şirkətlərinin mütəxəssləri, eləcə də bir sıra dövlət qurumlarının nümayəndələri dəvət olunmuşdular.
Təlimin birinci hissəsində beton istehsalında tətbiq olunan Avropa standartları barədə geniş müzakirələr aparıldı. Daha sonra qış fəslində əmtəə betonu istehsalı, inşaat sahəsində görülən tədbirlərdən danışıldı.
Təlimin ikinci hissəsi sulfatadavamlı beton barədə mövzulara həsr olunmuşdu. Təlimçi iştirakçılara EN 450 standartının tələblərinə görə sulfatadavamlı betonun xassələri haqda ətraflı məlumat verdi, sulfatadavamlı sementin mineral tərkibi haqda danışdı.
Təlimin gedişatında müştərilərlə sərbəst müzakirələrə də vaxt ayrıldı və onları maraqlandıran suallar cavablandırıldı. Tədbirin sonunda müştərilər arasında sual-cavab şəklində viktorina keçirildi, qaliblər hədiyyələrlə mükafatlandırıldı.
İştirakçılar tədbiri yüksək qiymətləndirdi və bu cür göruşlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq onların mütəmadi olması barədə istəklərini şirkətimizin nümayəndələrinin diqqətinə çatdırdı.
Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur. Zavodda dörd çeşiddə – CEM II/A-P 32,5R, CEM II/B-L 32.5R və CEM II/A-P 42,5 R, CEM II/A-P 42,5 N (SDPS 500 Ə-20) – sement istehsal olunur. Bu sement növləri müvafiq olaraq KLASS A, KLASS B, KLASS C500 və KLASS S adı ilə satışa çıxarılır. Məhsullara Almaniyanın VDZ Elmi -Tədqiqat İnstitutu tərəfindən DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)








