Azərbaycanın iri şirkətinin sahibi Gürcüstanın Baş naziri və Tiflis meri ilə görüşdə iştirak edib
“AS Qrup İnvestment” şirkətinin təsisçisi Şahin Mövsümov Tiflisdə Gürcüstan Biznes Assosiasiyasının təşkil etdiyi ölkənin rəhbər şəxsləri ilə assosiasiya üzvləri arasında keçirilən görüşdə iştirak edib.
“AS Qrup İnvestment”dən "Marja"ya daxil olmuş məlumata görə, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, regional inkişaf və infrastruktur naziri Zurab Alavidze, kənd təsərrüfatı naziri Levan Davitaşvili və paytaxt meri Kaxaber Kaladzenin də qatıldığı tədbir 31 yanvar 2018-ci il tarixində keçirilib.
Görüş zamanı Gürcüstanda özəl sektor üçün yaradılmış şərait müzakirə olunub, ölkədə fəaliyyət göstərən aparıcı şirkətlər Gürcüstanın biznes mühitinin müxtəlif komponentlərini - makroiqtisadi mühit, məhkəmə sistemi, hüquqi çərçivə, vergi mühiti və əmək bazarını qiymətləndirib.
Baş nazir Kvirikaşvili assosasiya üzvləri qarşısında çıxış edərək Gürcüstanın 2017-ci ildə ümumi makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsul, beynəlxalq ticarət, ixrac dəyərləri barədə müsbət nəticələr əldə olunması barədə məlumat verib.
Şahin Mövsumovla Baş nazir Giorgi Kvirikaşvilinin görüşü zamanı Azərbaycan və Gürcüstan arasında son zamanlar biznes münasibətlərindəki inkişaf barədə danışılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















