Azərbaycanın valyuta ehtiyatları illik müqayisədə 11% artıb
Azərbaycanın valyuta ehtiyatları 2018-ci il yanvarın 1-nə 41 141,1 mln. ABŞ dolları təşkil edib.
Bunun 87,03%-i və yaxud 35 806,5 mln. dolları Azərbaycan Dövlət Neft Fondu (ARDNF), 12,97%-i və yaxud 5 334,6 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 46,4 mln. dollar və yaxud 0,11% azalıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 213,5 mln. dollar və yaxud 0,59% azalma, AMB-nin valyuta ehtiyatlarında isə 167,1 mln. dollar və yaxud 3,23% artım olub.
Son bir ildə isə ölkənin valyuta ehtiyatları 4 019,7 mln. dollar və yaxud 10,83% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 2 659,5 mln. dollar və yaxud 8,02%, AMB-nin valyuta ehtiyatları isə 1 360,2 mln. dollar və yaxud 34,22% artıb.
ARDNF-in | AMB-nin | Azərbaycanın | |
01.01.2018 | 35 806,5 | 5 334,6 | 41 141,1 |
01.10.2017 | 36 020,0 | 5 167,5 | 41 187,5 |
01.07.2017 | 34 790,9 | 4 964,1 | 39 755,0 |
01.04.2017 | 33 207,2 | 4 432,7 | 37 639,9 |
01.01.2017 | 33 147,0 | 3 974,4 | 37 121,4 |
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 10 d. əvvəl
-
21 d. əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 38 d. əvvəl
-
43 d. əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
58 d. əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
10 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
Ən çox oxunanlar
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir







.jpg)








.jpg)






