Azərbaycan neft pullarını Dollarda yerləşdirməyə üstünlük verir
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) əvvəl olduğu kimi, aktivlərin əsas hissəsini ABŞ dolları ilə yerləşdirməyə üstünlük verir. "Marja" xəbər verir ki, bu barədə fonddan məlumat verilib.
“31 dekabr 2017-ci il tarixinə fondun aktivləri 35 mlrd. 806,5 mln. dollar təşkil edib, bunun 6,7 mln. dolları manat, qalanı digər valyuta ilə yerləşdirilib”, - fondun məlumatında qeyd olunur.
31 dekabr 2017-ci il tarixinə fondun investisiya portfeli 35 mlrd. 799,9 mln. dollara bərabər olub.
Fondun investisiya portfeli strukturunda -16 mlrd. 868,3 mln. dollar və ya 47,1%-i ABŞ dolları (2016-cı ilin yekunları üzrə 49,2%), 35,7%-i avro (2016-cı ilin sonuna 34,3%), 5,1%-i funt sterlinq (2016-cı ilin sonuna 4,8%), 0,7%-i Avstraliya dolları (2016-cı ilin sonuna 0,6%), 1%-i türk lirəsi (2016-cı ilin sonuna 1,1%), 1,1%-i Rusiya rublu (2016-cı ilin sonuna 1,6%), 1,3%-i Cənubi Koreya vonu (2016-cı ilin sonuna 1,2%), 1,4%-i Çin yuanı, 1,5%-i yapon iyenası (2016-cı ilin sonuna 1,1%), 1,6%-i digər valyutalarda (2016-cı ilin sonuna 1,3%) olan alətlərə, 3,5%-i qızıla (2016-cı ilin sonuna 3,4%) yerləşdirilib.
Fondun məlumatına görə, investisiya portfelinin 38,4%-i Avropa ölkələri (2016-cı ilin sonuna 43,1%), 27,87%-i Şimali Amerika (2016-cı ilin sonuna 23,5%), 26,05%-i Asiya-Sakit Okean regionu ölkələri (2016-cı ilin sonuna 26.3%), qalanı digər regionlarda yerləşdirilib.
Fondun investisiya portfelinin 76,3%-i pul bazarının istiqrazları və alərlərinə, 14,9%-i səhmlərə, 5.3%-i daşınmaz əmlaka, 3,5%-i qızıla yatırılıb.
Qeyd etdiyimiz kimi, Fondun vəsaitlərinin 76,3%-i istiqrazlarda və pul bazarı alətlərində yerləşdirilib. Həmin borcların 32%-nin müddəti 1 ilə qədər, 35,7%-nin müddəti 1-3 il, 17,1%-nin müddəti 3-5 il, 15,2%-nin müddəti isə 5 ildən çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)












.jpg)

