Kredit borcu olanlar üçün "İxtisardan Sığorta" məhsulu çıxdı
İşinizi ixtisar səbəbindən itirdiyiniz zaman kreditlərinizi necə ödəyəcəyiniz barədə düşünmüsünüzmü?
"Marja"nın məlumatına görə,"Bakı Sığorta" şirkəti krediti olanlar üçün xüsusi sığorta məhsullarını təqdim edib.
"Özümüzdən aslılı olmayan səbəblərdən ixtisar olunma riskimiz hər zaman mövcuddur. İşsiz qaldığımız müddətdə belə kredit borclarımızı ödəmək məcburiyyətindəyik. Kreditlərimizi ödəyə bilmədikdə isə hüquqi və maliyə riskləri ilə qarşı-qarşıya qalırıq. Bu problemin ən sadə həllini - cəmi 4 dəqiqə ərzində, saytımız vasitəsi ilə ala biləcəyiniz "İxtisardan Sığorta" məhsulunu təklif edirik",- "Bakı Sığorta" şirkətinin məlumatında deyilir.
Bu sığorta məhsulu lizinq, bank,sığorta və sığorta agentliklərinin işçiləri üçün nəzərdə tutulmamışdır.
Şirkətin "Əmək qabiliyyətinin itirilməsi sığortası" isə - hər hansı qəza nəticəsində iş qabiliyyəti itirildiyi halda müqavilə şərtlərinə uyğun olaraq kredit borcunun sığorta şirkəti tərəfindən ödənilməsini nəzərdə tutur. Az məbləğdə sığorta haqqı ödəməklə çoxsaylı risklərdən özümüzü sığortalaya bilərik. Bu məhsulu da bir neçə dəqiqə ərzində şirkətin saytından əldə etmək mümkündür.
“Bakı Sığorta” ASC 09 fevral 1994-cü il tarixindən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Təsisçiləri “Bank Respublika”, ASC “Yeni Motor” MMC, “Diamond Motors” MMC, “Subaru Azərbaycan” MMC və 2 fiziki şəxsdir. Şirkətin nizamnamə kapitalının həcmi 8 925 444 AZN təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















