Çörəyə belə kassa çeki verilməli olacaq- VERGİ YENİLİKLƏRİ AÇIQLANDI
Vergilər nazirinin açıqlamaları:
“Vergilər, Şəffaffılq, İnkişaf” adlı konfransda vergilər naziri Mikayıl Cabbarov çıxış edib.
Nazirin çıxışından başlıqlar:
-Stimullaşdırıcı vergi siyasəti tətbiq ediləcək,
-Vergitutma bazası genişləndiriləcək,
-Vicdanlı və qeyri-vicdanlı ödəyicisi arasında fərq qoyulacaq. Vicdanlı vergi ödəyicisinin səhv etmək haqqı olacaqdır.
-Vergi toplanmasından, könüllü vergi ödənilməsinə keçidi təklif edirik,
- Çörəyə belə kassa çeki verilməli və alıcı tərəfindən çek tələb olunmalıdır,
- Hər bir ticarət subyekti vergiləri ödəməli olacaq, bu yolla haqsız rəqabət mühiti ortadan qaldırılacaqdır. Vergi verməyib ucuz məhsul satan və haqsız rəqabət üstünlküyü qazananların qarşısı alınacaq,
- Vergi ödəyiciləri ilə iş prinsipləri təkmilləşdiriləcək, vergi ödəyicilərinə nəzarət daha çox elektron şəkildə aparılacaqdır,
- Vergi sistemində işçi heyəti təkmilləşdiriləcək, barəsində şikayət olan məmur sərt cəzalandırılacaq,
- Vergi işçilərinin əsassız cərimələr yazmasının qarşısı alınacaq,
-Vergi güzəştləri və azadolmalara fərdi yanaşmalar tətbiq ediləcək,
- Artıq Vergilər Məcəlləsinə islahat layihəsinə başlanıb. Sahibkarlar öz təkliflərini 31 Mart 2018-ci il tarixinədək Nazirliyə təqdim edə bilərlər,
-“Blokçeyn” texnologiyalarına əsaslanan qeydiyyat sisteminin tətbiqi öyrəniləcək,
-Yoxlamaların sayı azaldılacaq, bu nəzarətin azalacağı demək deyil.
-Vergidən yayınma məlum olduqda aradan qaldırılacaq. Məqsəd şirkətləri cərimələmək deyil.
-İkili mühasibatlığın qarşısı alınacaq,
- Vegilər ödəyiciləri ilə mədəni davranılacaq,
-Kölgə iqtisadiyyatı azaldılacaq, bu büdcə gəlirlərinin artırılması üçün böyük potensialdır, kölgə iqtisadiyyatının yaranması səbəbləri araşdırılacaq,
-Qanunsuz sahibkarlığın qarşısı alınacaq,
-Qeyri-rəsmi məşğulluq azaldılacaq,
-Bütün mənfi hallara deyil, onların yaranması səbəblərinə fokuslanacaq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















