Vicdanlı və vicdansız vergi ödəyiciləri arasında fərq qoyulacaq
Vergilər naziri Mikayıl Cabbarov vergi ödəmələrini necə artıracaqlarını açıqlayıb.
“Marja”nın məlumatına görə, "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda vergilər naziri bildirib ki, ən doğru yol vergitutma bazasının genişləndirilməsi və vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı inam atmosferinin təmin edilməsidir:
“Vicdanlı və vicdanı olmayan vergi ödəyicisi arasında fərq qoyulmalıdır və qoyulacaqdır. Vicdanlı vergi ödəyicisinin səhv etməyə haqqı var. Vergi orqanının vəzifəsi bu səhfin baş verməsi anını gözləmək deyil, bütün vasitələrlə öncədən onun qarşısını almaqdır. Belə yanaşma vergi ödəyicisinə göstərilən xidmətlər anlayışına yenidən baxılmasını və genişləndirilməsini tələb edir. Bu xidmətlər biznesə dəstək göstərilməsini də əhatə etməlidir”.
Mikayıl Cabbarov bildirdi ki, Vergilər Nazirliyi vergidən yayınmanı fərqləndirə, bu yayınmanın bilməyərəkdən və ya məqsədli olduğunu müəyyn edə bilir: “Birincini müsbət qarşılayırıqsa, ikincisini cinayət sayırıq və onun cəzasının vermək üçün əlimizdən gələni edəcəyik”.
VERGİ İŞÇİLƏRİNİN YENİ NƏSLİ
“Bu gün Vergilər Nazirliyi vergi ödəyicilərinə vergilərin toplanmasından könüllü vergi ödənilməsinə keçidi təşviq edir. Biz vergi uçotunun bərpası ilə məşğul olacağıq. Vergi içşilərinin yeni nəslini öyrədib tərbiyə edəcəyik”,- nazir çıxışında əlavə etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















