Bill Qeytsi təəccübləndirən vergi sistemi!
Bill Qeyts (Bill Gates) də ABŞ Prezidenti Donald Trumpın 1.5 trilyon dollarlıq vergi güzəştləri (fvergi dərəcələrinin endirilməsi) qanununu tənqid edənlər sırasına qoşulub.
"Marja" xəbər verir ki, xeyirxah və milyader Bill Qeyts, "Hamıdan daha çox vergi ödəmişəm, 10 milyard dollardan çox vergi ödəmişəm, amma hökumət mənim kimi varlı insanlardan daha çox vergi ödəməyi tələb etməlidir" - deyib.
ABŞ Prezidenti Donald Trumpın dekabr ayının sonunda imzaladığı 1.5 trilyon dollarlıq vergi güzəştləri ilə bağlı qanunun zənginlərə və şirkətlərə fayda verəcəyi deyilir. Bu səbəbdən də Demokratiya Partiyası qanuna qarşı çıxırdı.
CNN-ə danışan Microsoft-un banisi Bill Qeyts, bunun, orta sinif ailələrin deyil, ən varlıların xeyrinə, mütərəqqi deyil, mürtəce bir vergi qanunu olduğunu deyib.
DÜNYANIN ƏN VARLI İKİNCİ ADAMIDIR
Qeyts, Amazon-un qurucusu Cef Bezosdan sonra dünyanın ən varlı ikinci adamıdır. Onun 92 milyard dollarlıq sərvəti var.
Şəxsi varidatının 40 milyard dollarını xeyriyyə işləri üçün bağışlamış Qeyts, 2000-ci ildə həyat yoldaşı ilə birlikdə xeyriyyə təşkilatı yaradıb. Onlar səhiyyə xidmətlərinin düzəldilməsi, təhsil imkanlarının artırılması və yoxsulluqla mübarizə üçün çalışırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 3 saat sonra
-
- 6 d. əvvəl
-
23 d. əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
- 32 d. əvvəl
- 1 saat əvvəl
-
10 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
19 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 19 saat əvvəl
-
19 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
21 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Rəsmi məzənnələr açıqlandı
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
Ən çox oxunanlar
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb

























