Qiymətli kağızlar birjda ticarətə yeni qaydalarla buraxılacaq
Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasında iclas keçirilib.
İclasda Palatanın Strateji Yol Xəritələrinin icrası ilə bağlı 2018-ci il üçün Əməliyyat Planı da müzakirə olunub.
Bu çərçivədə Palatanın Baş icraçı direktoru İbrahim Alışov tərəfindən bir sıra tapşırıqlar verilib.
"Marja" xəbər verir ki, tapşırıqlardan biri yeni listinq prosedurlarının müəyyənləşdirilməsilə bağlıdır. Müvafiq işçi qrupunun rəhbərinə yeni listinq prosedurlarının müəyyənləşdirilməsi tapşırığı verilib.
Hərfi mənada “Listinq” ingilis sözü [listing] olub, mənası “siyahıya daxil etmək” deməkdir. Listinqin mahiyyəti də məhz qiymətli kağızların tənzimlənən bazarlarda ticarətə buraxılmış maliyyə alətlərinin siyahısına əlavə edilməsidir. Burada, tənzimlənən bazarlar məhz fond birjaları anlamına gəlir. Hətta çox zaman bu iki termin sinonim kimi də işlədilir.
Tənzimlənən bazarların, yəni fond birjasının tənzimlənməyən “qara bazarlar”dan fərqi burada investorların qorunması, şəffallıq, ədalətli qiymətlərin formalaşması üçün zəruri çərçivələrin və mexanizmlərin mövcud olmasıdır.
Bazarların tənzimlənməsinin əsas məqsədlərindən biri investorların – yəni çoxaylı vətəndaşların, şirkətlərin və təsisatların – hüquqlarının qorunması təşkil edir.
Bakı Fond Birjası (BFB) Azərbaycanda fəaliyyət göstərən yeganə fond birjası olmaqla, tənzimlənən bazarlarda qiymətli kağızlarla ticarətin həm də yeganə təşkilatçısıdır. Hazırda BFB-də ölkədə fəaliyyət göstərən əksər şirkətlərin (bura həm ASC həm də QSC və MMC-lər daxildir) səhm və istiqrazları ticarət olunur. Bu o dəmikdir ki, həmin qiymətli kağızlar ilk növbədə BFB-nin “Listinq qaydaları”na müvafiq şəkildə listinqdən keçmişdir.
Bir müddət əvvəl Palata bəyan etmişdi ki, “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq 5 şirkətin ilkin kütləvi təklifinin (İPO) həyata keçirilməsi üzrə işlər davam etdirilməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















