Mərkəzi Bank: Dollarlaşma 66.5%-ə enib
Hesabat ilində bank depozitlərinin dollarlaşma səviyyəsində əhəmiyyətli dəyişiklik baş verməmişdir. Belə ki, xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi ilin əvvəlində 44.7%, ilin sonuna isə 45.3% təşkil etmişdir.
"Marja" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2017-ci il üzrə pul siyasəti icmalında qeyd olunub.
İl ərzində fiziki şəxslərin manatla əmanətləri 66.9% artmış, xarici valyutada əmanətləri 15.2% azalmışdır. Nəticədə, fiziki şəxslərin depozitlərinin dollarlaşma səviyyəsi ilin əvvəlindəki 79.6%-dən 66.5%-ə enmişdir.
PUL TƏKLİFİ
İcmalda qeyd edilir ki, 2017-ci ildə pul bazasının artım kanalları aidiyyatı orqanlarla birlikdə idarəetməyə götürülmüş, pul bazası pul siyasətinin başlıca əməliyyat lövbəri olmuşdur.
2017-ci ildə pul bazasının mənbələri aidiyyatı dövlət qurumları ilə koordinasiya şəraitində idarə olunmuşdur. İlin sonuna manatla pul bazası ilin əvvəlindən 8.7% artmış və dövrün sonuna 8543.2 mln. manat təşkil etmişdir.
Hesabat ilində manatla pul bazasının struktur elementi olan dövriyyədəki nağd pulun həcmi 16.9% artmışdır. Digər tərəfdən manatla olan müxbir hesabların qalığı 58.5% azalmışdır.
İlin əvvəlində manatla geniş pul kütləsi (M2) 11546.3 olmuş və dövrün sonuna 12466.4 mln. manat təşkil etmişdir.
Manatla pul kütləsinin (M2) strukturunda nağd pul kütləsi, fiziki şəxslərin əmanətləri və hüquqi şəxslərin depozitləri fərqli dinamika nümayiş etdirmişlər. Belə ki, dövr ərzində nağd pul kütləsi 17.5%, fiziki şəxslərin manat əmanətləri 66.9% artmış, hüquqi şəxslərin manat depozitləri isə 16% azalmışdır.
Fiziki şəxslərin manatla olan müddətli əmanətləri 84% artmışdır.
Hesabat ilində geniş pul kütləsi (M3) 9% artmış və dövrün sonuna 22772 mln. manat təşkil etmişdir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























