Britaniya da kriptovalyutaları tənzimləmək qərarına gəlib
Britaniyalı qanunvericilər kriptovalyutalarla bağlı araşdırmalara başlayıblar.
Böyük Britaniya yeni texnologiyanın tənzimlənməsi üçün kriptovalyutaların üstünlükləri, riskləri təhlil etmək qərarına gəlib.
Böyük Britaniya Xəzinədarlığının Parlament Komitəsi "bitcoin"in və digər "altcoin"lərin banklara və istehlakçılara təsirini araşdıraraq, kriptovalyutaların ənənəvi pulları nə dərəcədə əvəz edə biləcəyini öyrənmək istəyir. Komitənin 11 üzvü kriptovalyutalar üzərində nəzarətin yaradılmasını düşünür. Belə ki, onlar kriptovalyuta bazarının kifayət qədər şəffaf olmadığını hesab edirlər.
Konservatorlardan olan qanunverici və komitənin üzvü Niki Morqan (Nicky Morgan) bildirib ki, bitkoin və digər kriptovalyutalar getdikcə populyarlaşır: "Lakin heç kim özünə hesabat vermir ki, bu aktivlər Birləşmiş Krallıq tərəfindən tənzimlənmir. Hazırda istehlakçıların və şirkətlərin qorunması üçün doğru balansın qurulması vacib məsələdir. Həmçinin, blokçeyn texnologiyasının maliyyə institutları və Mərkəzi Banka təsiri öyrənilməlidir".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 26 d. əvvəl
-
-
42 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)
.jpg)








.jpg)






