II Milli Mühasiblər Forumuna qeydiyyatın son tarixinə 1 gün qaldı
Məlum olduğu kimi, ölkəmizdə mühasibat uçotu sahəsində müasir çağırışları nəzərə alaraq Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Auditorlar Palatası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İqtisadi Resursların Öyrənilməsi İB, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosasiyası (ARPA), İqtisadi Araşdırmalar və Tədris Mərkəzi (İATM) və Gənc Mühasiblər Birliyinin birgə təşkilatçılığı ilə 28-29 aprel 2018-ci il tarixlərində Şamaxı rayonundakı AR Vergilər Nazirliyinin Tədris Mərkəzində II Milli Mühasiblər Forumu keçiriləcəkdir.
Foruma mühasibat uçotu sahəsində Azərbaycanda tanınmış məşhur spikerlər dəvət olunmuşdur ki, bu da iştirakçıların peşə hazırlığının daha da artırılmasına, mühüm biliklər əldə etmələrinə və tədbir boyu vaxtlarının səmərəli keçməsinə kömək edəcəkdir. Həmin spikerlər haqqında geniş məlumat http://mmf.az/#team səhifəsində verilmişdir.
Forum iştirakçıları üçün ən maraqlı məqamlardan biri də mühasibat uçotu sahəsində Respublika üzrə II Breyn-Rinq yarışmasının olmasıdır. https://www.youtube.com/watch?v=HMpQsCgWJe0&feature=youtu.be
Qeyd edək ki, II Milli Mühasiblər Forumunda iştirakla bağlı heç bir ödəniş tələb olunmur. Bütün xərclər Forumun Təşkilat Komitəsi tərəfindən qarşılanacaqdır. Dinləyici kimi iştirak arzusunda olanlar 01 Mart 2018-ci il tarixinə qədər bu istəklərini Təşkilat Komitəsinə bildirməlidirlər.
Müraciət etmək üçün www.mmf.az elektron saytında “Qeydiyyat” pəncərəsinə daxil olub elektron qaydada formanı tam doldurub göndərmək lazımdır. Bundan sonra elektron qeydiyyat formasında göstərdiyiniz e-mail ünvanınıza 3 gün ərzində xüsusi ərizə forması göndərilir. Həmin ərizəni tez bir zamanda tam doldurub ərizə gələn e-mail ünvana göndərməlisiniz. Bu da hələ iştirak hüququ əldə etməyiniz deyildir. Daha sonra 2018-ci ilin mart ayının ilk həftəsi MMF-in Təşkilat Komitəsinin üzvləri ərizəçinin göndərdiyi məlumatları təhlil edərək tədbirin keçirilmə məqsədlərinə ən uyğun şəxsləri şeçəcəklər. Seçilmiş şəxslərə xüsusi dəvətnamələr göndəriləcək ki, bununlada onlar Forumda tam iştirak hüququ əldə etmiş olacaqlar.
Forumda iştirak edənlərə SERTİFİKAT veriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 25 d. əvvəl
- 32 d. əvvəl
- 54 d. əvvəl
-
58 d. əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 2 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Rəsmi məzənnələr açıqlandı
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı







.jpg)







.jpg)




