Bazarlarda "qara qu" təsiri yarana bilər
Trampın həmləsi "qara qu" təsiri yarada bilər
ABŞ-ın maliyyə məsləhətləri şirkəti "Raymond James"in mütəxəssislərindən Jeff Saut, ABŞ Prezidenti Donald Trampın açıqladığı yeni vergi qərarının ciddi bir ticarət müharibəsinə çevrilə biləcəyini və bunun bazarlarda "qara qu" təsiri yaradacağını deyib.
Bir çox ölkə ABŞ-ın dəmir və alüminium idxalına tətbiq edəcəyi vergilərə sərt reaksiya göstərib. ABŞ Prezidenti Trampın, Avropa ölkələrinin cavab tədbirləri görməsi vəziyyətində Avropa istehsalı olan avtomobillərə vergi tətbiq edəcəyini söyləməsi ticarət müharibəsi narahatlıqlarını daha da artırıb.
Trampın əlavə gömrük vergisi açıqlamasından sonra “Dow Jones” səhmləri həftə ərzində 3 faiz, S&P 500 indeksi isə 2 faiz düşmüşdü.
"Marja" xəbər verir ki, CNBC-yə danışan Jeff Saut, ABŞ-ın yeni vergilərinin bazarlara mənfi təsir göstərməsini gözlədiyini bildirərək, bir neçə həftə ərzində baş verəcək proseslərin təqib edilməsi lazım olduğunu deyib. Ehtimal olunan bir ticarət müharibəsinin bazarlarda "sancılı" bir prosesi başlada biləcəyini qeyd edən Saut, vəziyyət aydınlaşana qədər investorların təmkinli davranaraq "gözlə gör" siyasəti aparmalarını tövsiyyə edib.
Saut, "Həqiqi mənada bir ticarət müharibəsi başlayarsa, nə olacaqdır bilmirəm. Qarşı tərəflərdən cavab tədbirləri həmləsi gələ bilər, bunu bir neçə həftə ərzində görəcəyik. Bu prosesdə qarışıqlıq keçənə qədər gözləmək ən doğrusudur" deyib.
Saut, proseslərin "buğa" bazarından çıxmağa səbəb olacağını isə gözləmədiyini bildirərək, "Bu qarışıqlığın qısamüddətli olduğunu, uzun perspektivdə bir satınalma imkanı yaradacağını düşünürəm" deyə danışıb.
“QARA QU” TƏSİRİ NƏDİR?
On altıncı əsrə qədər ingilis dilində "mövcud olmayan" mənasında işlədilən "qara qu" ifadəsi, bütün qular ağ məlum olduğu üçün "mümkünsüzlük" vəziyyətini izah etmək üçün istifadə edilirdi. 1697-ci ildə hollandiyalılar Avstraliyada qara quya rast gəldikdən sonra bu söz dəyişikliyə uğrayaraq "imkansızın reallaşması" mənasında istifadə edilməyə başladı.
Maliyyə bazarlarında isə təxmin edilməyən, böyük təsir yaradan sürpriz hadisələr "qara qu" hadisəsi kimi tanınır. İnvestisiya müddəti uzandıqca bu kimi hadisələrə məruz qalma riski artır və "qara qu" hadisələri uzunmüddətli investisiyaların gəlirliyində çox mühüm rol oynayır. Birjada böyük hərəkətlilik baş verəndə şanslı tərəfdə olanların gəlirləri "qara qu" sayəsində çox yaxşı görünür. Şans faktoru, uzunmüddətli investisiyalarda bəlkə də ən mühüm performans parametridir.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
2 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 2 gün əvvəl
-
2 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
2 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb









.jpg)











