İtaliyada seçkidə heç bir partiya və ittifaq hökuməti quracaq çoxluğa nail ola bilməyib
Bazar günü İtaliyada parlament seçkisi keçirilib. Heç bir partiya və ittifaq, təkbaşına hökuməti quracaq çoxluğa nail ola bilməyib.
İtaliyada Nümayəndələr Məclisi və Respublika Senatının yeni üzvlərini təyin etmək üçün 4 Martda keçirilmiş parlament seçkisində təxminən 51 milyon seçici iştirak edib.
"Marja" xəbər verir ki, İtalyanın rəsmi ANSA xəbər agentliyinin yaydığı ilkin nəticələrə görə, mərkəz sağ ittifaqı 33-36 faiz aralığında səs toplayıb, 5 Ulduz Hərəkəti (M5S) 29, - 32,5% səs nisbətinə çatıb. Hazırda hökumətdə olan mərkəz sol ittifaqının səs nisbəti isə 24 - 27% ətrafında qalıb.
Bir əvvəlki seçkiyə nisbətən mərkəz sol ittifaqının səsləri azalma göstərib, mərkəz sağ ittifaqı və M5S səslərini artırıb. Mərkəz sol ittifaqının səslərində 2-5 faiz arasında bir azalma görülüb, mərkəz sağ ittifaqının yığdığı səslərdə 3-6 faiz arası bir artım baş verib. Seçkiyə ittifaqlarsız təkbaşına qatılmış M5S isə topladığı səs faizlərini 5-7 faiz artıraraq 29,5-32,5 faiz aralığına qaldırdığı üçün seçkidə ən çox səs yığan partiya olub.
MƏRKƏZ SOL İTTİFAQI
Sorğulara görə, hazırda iqtidardakı koalisiya hökumətinin böyük tərəfdaşı və keçmiş baş nazir Matteo Renzi rəhbərliyindəki Demokratiya Partiyası (PD) 20-23 faiz, Emma Bonino-nun Avropa partiyası 2-4 faiz, Giulio Santagata-nın "Birlikdə" partiyası 0-2 faiz və Beatrice Lorenzin-in partiyası 0-2 faiz olmaqla, mərkəz sol ittifaqı 24-27 faiz arasında səs yığıb.
MƏRKƏZ SAĞ İTTİFAQI
Keçmiş Baş nazir Silvia Berluskoninin "Forza Italia" partiyası 12-15 faiz, Matteo Salvininin həddindən artıq sağçı Lig partiyası 13-16 faiz, Giorgia Meloni-nin həddindən artıq sağçı İtaliyanın Qardaşları partiyası 3-5 faiz və Raffaele Fitto-nun "Biz İtaliyalıyıq" partiyası 0-2 faiz olmaqla, mərkəz sağ ittifaqı isə 33 - 36 aralığında bir səs nisbətinə çatıb.
Heç bir partiya və ittifaq, təkbaşına hökuməti quracaq çoxluğa nail ola bilməyib. Yenidən seçki keçiriləcəyi gözlənilir.
Bir əvvəlki seçkidə 75,20 faiz olan iştirak nisbətinin, bu seçkidə də təxminən eyni olduğu ehtimal edilir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
- 24 d. əvvəl
- 33 d. əvvəl
-
44 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 48 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)




.jpg)





.jpg)





