"Sökülən evlərə görə verilən kompensasiya 2000 manata çatdırılmalıdır"
“Qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan keçmiş "Sovetski" ərazisində və ətrafda yerləşən binalarla bağlı manatın devalvasiyaya uğradığını nəzərə alaraq, gözləmək olardı ki, hökumət kompensasiyasını bir qədər artıracaq. Lakin hələ də əvvəlki illərdə hesablanan məbləğ təklif olunur - 1500 manat. Nəzərə alsaq ki, bu ərazilərdə kiçik həcmli evlər kifayət qədərdir, yaxşı olardı ki, onların sahiblərinə pul əvəzinə təzə tikilən binalarda hazır evlər verilsin”.
Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı deputat Elmira Axundova çıxış edib.
O bildirib ki, belə təcrübədən artıq istifadə olunub: “Bildiyimə görə, dövlət hesabına tikilən belə evlərin 1 kvadrat metri təmirlə birlikdə 500 manata başa gəlir, yəni dövlət hər kvadrat metrdə 1000 manata qədər qənaət edə bilər. Nəticədə ölkə büdcəsində xeyli miqdarda vəsait qalacaq, həm də insanlar razı olacaqlar. O ki qaldı nisbətən böyük evlərin sahiblərinə, yəni evinin sahəsi 60-80 kvadrat metrdən yuxarı olanlara, onlara verilən kompensasiyanın həcmi manatın inflyasiyası nəzərə alınmaqla, heç olmasa 2000 manata çatdırılmalıdır. Bu, sosial cəhətdən ədalətli olardı”.
Deputat onu da bildirib ki, son vaxtlar Bakının mərkəzi küçələrində səkilər dəyişdirilir, əlillər üçün lazımlı olan panduslar qoyulur: “Bu, yaxşı haldır. Amma yaxşı olardı müvafiq qurumlar Bakının ikinci dərəcəli küçələrinə də nəzər salsın, çünki Bakının mərkəzi küçə və prospektlərindən başqa ikinci, üçüncü dərəcəli yollarında asfalt örtüyü bərbad vəziyyətdədir, çala-çuxurlar əmələ gəlir, səkilərdə isə ümumiyyətlə rahat hərəkət etmək olmur. Bu da həm insanların rahatlığına mane olur, həm də Bakının imicinə xələl gətirir. Ələlxüsus nəzərə alsaq ki, Bakı turizm məkanına çevrilməkdədir, buna diqqət edilməlidir. Digər məsələ isə yeraltı təbii sərvətlərimizin potensialının düzgün qiymətləndirilməsi ilə bağlıdır. Onların hasilatı və istismarı ilə bağlı qərarlar qəbul edərkən tələskənliyə yol vermək olmaz. Dövlətin bundan maksimum faydalanmasına nail olunmalıdır”
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 39 d. əvvəl
-
-
42 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
1 saat əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















