Uşaqlar üçün zərərli informasiyayalar müəyyənləşib - QADAĞAN EDİLİR
Azərbaycanda uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri müəyyənləşib.
Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin 4-cü (Uşaqlar üçün zərərli informasiyanın növləri) maddəsinə əsasən, uşaqlar üçün zərərli informasiyaya bunlar aiddir:
4.1.1. Bu Qanunun 4.2-ci maddəsinə uyğun olaraq uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya,
4.1.2. Bu Qanunun 4.3-ci maddəsinə uyğun olaraq müəyyən yaş qrupuna aid olan uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiya (dövriyyəsi məhdudlaşdırılmış yaş qrupuna münasibətdə).
4.2. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir:
4.2.1. zorakılığı və qəddarlığı təbliğ edən informasiya,
4.2.2. cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya;
4.2.3. uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya,
4.2.4. ailə institutunu nüfuzdan salan informasiya,
4.2.5. əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya,
4.2.6. pornoqrafik xarakterli informasiya,
4.3. Müəyyən yaş qrupuna aid uşaqlar arasında yayılması məhdudlaşdırılan informasiyaya aiddir:
4.3.1. zorakılığı və qəddarlığı nümayiş edən informasiya,
4.3.2. qeyri-məişət leksik (jarqon) məzmunlu informasiya,
4.3.3. qorxu məzmunlu informasiya,
4.3.4. Erotik məzmunlu informasiya.
Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir.
Uşaqlar arasında yayılması qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı bu Qanunda müəyyən müəyyən edilmiş qaydalara riayət etməyə borcludur.
Qanun layihəsinin 12-ci (Uşaqlar üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə dair əlavə tələblər) maddəsinə əsasən, məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına yol verilmir. Əks halda həmin informasiya məhsulunun yayılmasına yalnız bağlı qablaşdırmada yol verilir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhəddindən 150 metrdən az olan məsafədə yayılmasına yol verilmir.
Qanun layihəsi yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq. Parlament layihəni qəbul edərsə, 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
7 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
11 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)







