İsveç, təyyarələrdən ətraf mühit vergisi almağa başladı
İsveç hökuməti, ölkədəki hava limanlarından qalxan təyyarələrdən bu gündən etibarən adambaşına 6 - 40 avro ətraf mühit vergisi almağa başladığını açıqlayıb.
"Marja" xəbər verir ki, İsveç İstehlakçı Nazirliyinin internet səhifəsindən bildiriblər ki, təyyarələrin karbon emissiyası hava çirkliliynə səbəb olduğundan İsveçdəki hava limanlarından qalxan təyyarələrdən məsafəyə görə vergi alınacaqdır.
Açıqlamada, Avropa Birliyi (AB) üzvü ölkələrə gedən təyyarələrdən adambaşına təxminən 6 avro, AB xaricinə ancaq İsveçdən məsafə 6 min kilometri keçməyən ölkələrə gedən təyyarələrdən adambaşına 25 avro, 6 min kilometri aşan ölkələrə gedənlərdən isə adambaşına 40 avro vergi alınacağı qeyd edilib.
Açıqlamada, Türkiyəyə gedən təyyarələrdən də AB ölkələrindəki kimi adambaşına 6 avroluq vergi tarifinin tətbiq olunacağı vurğulanıb.
Aviaşirkətlər bu aydan etibarən vergini bilet qiymətlərinə əks etdirəcəklər.
Digər tərəfdən, Skandinaviya Hava Yolları (SAS) qanuna reaksiya göstərib. SAS-dan verilən açıqlamada, yeni əlavə verginin milyonlarla isveçliyə mənfi təsir göstərəcəyi qeyd olunub. İsveçlilərin böyük hissəsinin istirahət məqsədilə dünyanın uzaq bölgələrini seçim etdiyi vurğulanan açıqlamada, şirkət, uzaq ölkələrə edəcəyi uçuşları Danimarkanın paytaxtı Kopenhagenə köçürməklə təhdid edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)














.jpg)

