ABŞ hücum gəmilərini Suriya sahillərinə göndərib
ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “Harri Trumen” aviadaşıyıcısı bir neçə hücum gəmisinin müşayiəti ilə Virciniya ştatındakı daimi dislokasiya məntəqəsini tərk edərək Aralıq dənizinə yola düşüb.
“RİA Novosti”nin verdiyi xəbərə görə, dislokasiya yerini dəyişən gəmilər sırasında “Normandiya” raket kreyseri, “Arli Berk”, “Balkerey”, “Forest Şterman” və “Farraqut raket esminesləri var. Bir müddət sonra “Ceyson Danem” və “Sallivans” esmineslərinin də onlara qoşulacağı bildirilib. Adı çəkilən gəmilərin göyərtəsində ümumilikdə 6500 hərbçinin olduğu qeyd olunur.
Almaniya Hərbi-Dəniz Qüvvələrinə məxsus “Gessen” freqatının da regiona yollanacağı bildirilir.
Pentaqon məlumatı təsdiqləyərək, yerdəyişmənin planlı olduğunu vurğulayıb: “Dislokasiya yerinin dəyişməsi qüvvələrin müntəzəm rotasiyasının bir hissəsidir”.
Bundan əvvəl ABŞ-a məxsus “USS Donald Cook” və “USS Porter” gəmilərinin Suriya sahillərinə doğru üzdüyü bildirilib. Onların göyərtəsində “Tomaqavk” tipli onlarla qanadlı raketlərin yerləşdirildiyi vurğulanır.
Moskva Vaşinqtona xəbərdarlıq edərək bildirib ki, Suriya hökumət qüvvələrinə zərbələrin endirilməsi “ən ağır fəsadlar”la nəticələnəcək.
Xatırladaq ki, ABŞ, Böyük Britaniya, Fransa və bir neçə Qərb ölkəsi Suriya hökumət qüvvələrinin aprelin 7-də Duma şəhərində kimyəvi silahdan istifadə etdiyini iddia edir. Rəsmi Dəməşq, Rusiya və İran ittihamları rədd edərək, iddiaların əsassız olduğunu bəyan ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)








.jpg)






