“Nikoil Bank”ın son vəziyyəti açıqlandı
“Nikoil Bank” ASC 2018-ci ilin 1-ci rübünə aid maliyyə göstəricilərini açıqlayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın cəmi gəlirəri artıb.
“Marja” xəbər verir ki, 2018-ci ilin yanvar-mart dövründə “Nikoil Bank”ın cəmi gəlirləri 17 milyon 973 min manat, o cümlədən faiz gəlirləri 16 milyon 537 min manat, qeyri-faiz gəlirləri 1 milyon 437 min manat təşkil edib.
Eyni dövrdə Bankın faiz və qeyri-faiz xərcləri 9 milyon 380 min manat təşki etmiş və nəticədə bank 8 milyon 592 min manat əməliyyat mənfəəti əldə edib. “Nikoil Bank” 8 milyon 902 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırma etdiyindən birinci rübü 309 min manat zərər ilə bağlayıb.
2017-ci ilin 1-ci rübündə “Nikoil Bank” ASC 17 milyon 174 min manat faiz gəlir əldə etsə də, qeyri-faiz əməliyyatları üzrə 772,82 min manat zərər etmişdi. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 6 milyon 501 min manat əməliyyat mənfəəti qalmış, əməliyyat mənfəətinin 6 milyon 273 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılmışdı. Nəticədə Bank ilk rübü 227,41 min manat xalis mənfəət ilə başa vurumuşdu.
AKTİVLƏRİ VƏ KAPİTALI ARTIB
31 Mart 2018-ci il tarixində “Nikoil Bank” 488 milyon 369 min manat cəmi aktilərə, 388 milyon 625 min manat cəmi öhdəliklərə və 99 milyon 744 min manat cəmi kapitala malik olub.
Bank ötən ilin sonunda 437 milyon 330 min manat cəmi aktivlərə, 362 milyon 364 min manat cəmi öhdəliklərə və 74 milyon 966 min manat cəmi balans kapitalına malik idi.
“Nikoil Bank”ın banklar da daxil olmaqla maliyyə institutlarındakı depozitləri,qiymətli kağızlara investisiyaları və digər maliyyə institutlarına ayıdığı kreditlər artıb.
Bankın müştərilərə verdiyi kreditlər 2017-ci ilin sonundakı 291 milyon 46 min manatdan 278 milyon 64 min manata düşüb. Bankda depozitlər isə ötən ilin sonundakı 229 milyon 225 min manatdan 250 milyon 38 min manata qalxıb.
Rəqəmlər “Nikoil Bank”ın sabitləşdiyinə işarə edir. Ötən il və bu ilin birinci rübündə nizamanmə kapitalının artrılması ilə cəmi kapitalın gücləndirilməsi Bankı daha müqavimətli edib.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
2 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
4 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 5 saat əvvəl
-
6 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 6 saat əvvəl
-
6 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək


























