"Neftdə mövcud qiymətlər çox yüksəkdir"
Orta Şərqdə artan gərginliyin neft istehsalına mənfi təsir edə biləcəyi narahatlıqları ilə ötən həftə neft qiymətləri kəskin yüksəlmişdi. "Marja" xəbər verir ki, ABŞ-da qazılan neft quyuların sayının artması qiymətlərin təxminən 1% düşməsinə səbəb olub.
"Baker Hughes"ın Cümə günü açıqladığı məlumatlara görə, ABŞ-da aktiv neft qazma qurğularının sayı son 12 həftədə 10-unçu dəfə artıb.
ABŞ, Fransa və İngiltərə, vətəndaşlara qarşı kimyəvi silah istifadə edildiyi iddiasına əsasən Suriyaya hücum təşkil etdilər. ABŞ-ın BMT-dəki səfiri, Suriya lideri Bəşər Əsadı dəstəklədiyi üçün Rusiyaya əlavə sanksiyalar tətbiq oluna biləcəyini söyləyib.
Beynəlxalq Enerji Agentliyi (IEA), Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) qlobal təklif çoxluğunun azaldılması üzrə missiyasını tamamlamaq üzrə olduğunu açıqlamışdı.
Eyni zamanda, ABŞ-da artan istehsal qiymətlər üzərində aşağı istiqamətli təzyiq yaradır.
Analitiklər bildirirlər ki, tələb-təklif baxımından baxıldığında, mövcud qiymətlər çox yüksəkdir. Geosiyasi risklər nəzərə alınmasa qiymətlər Brent neftində 65 dollar ətrafında olmalıdır. Geosiyasi risklər qiymətləri dəstəkləyir.
Bakı vaxtı ilə saat 08:20-yə olan məlumata görə, Qərb Texas nefti (WTI) 66.79 dollardan, Brent nefti 71.73 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















.jpg)



