Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqlədi
Məruzəçi hakimlərdən Sona Salmanova və Rafael Qvaladze çıxış ediblər.
S.Salmanova xatırladıb ki, Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə əlaqədar yekun protokolu aprelin 15-də Konstitusiya Məhkəməsinə təqdim edib. R.Qvaladze isə deyib ki, araşdırmalar zamanı prezident seçkilərilə əlaqədar məhkəmələrə şikayət daxil olmadığı məlum olub. O qeyd edib ki, səsvermənin nəticələrinə əsasən, namizədlərdən ən çox səsi İlham Heydər oğlu Əliyev toplayıb. O, 86.02 faiz seçici səsi qazanıb.
Sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxış edərək deyib ki, prezident seçkilərində 8 namizəd iştirak edib: “Prezident seçkiləri 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsini əhatə edib". O qeyd edib ki, seçici siyahılarında olan seçicilərin sayı 5 milyon 293 min 561-dir, 4 seçki məntəqəsinin nəticələri ləğv olunub. 5 milyon 347 min 803 seçki bülletenindən 1 milyon 383 min 792-si istifadə edilmədən ləğv olunub, 1 888 bülleten isə korlanıb, etibarsız hesab edilən səslərin sayı isə 12 min 413, etibarlı hesab edilən səslərin sayı isə 3 milyon 946 min 439-dur. Səsvermədə ümumi seçicilərin 74.30 %-i iştirak edib”.
MSK sədri qeyd edib ki, ölkə üzrə olan seçki məntəqələrinin 20 faizində 1000 veb-kamera quraşdırılıb, kameralar vasitəsilə səsvermə prosesi izlənilib. M.Pənahov qeyd edib ki, səsvermə prosesini 58 min 175 yerli, 894 beynəlxalq müşahidəçi izləyib: “Siyasi partiyalar bu prosesdə kifayət qədər fəallıq göstəriblər. Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı müxtəlif maarifləndirmə tədbirləri həyata keçirib, bu da müsbət nəticəsini verib”.
Hakimlər müşavirəyə yollanıb. Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun qərarını açıqlayıb. Qərara əsasən, Konstitusiya Məhkəməsi Azərbaycan prezidenti seçkilərinin nəticələrini təsdiqləyib, seçkilərdə ən çox səs toplamış namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev Prezident elan edilib. Qərar elan olunan andan qüvvəyə minib.
© Report
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 10 saat sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
























