Google-ın reklamlardan əldə etdiyi gəlir kəskin artıb
Google-ın baş təşkilatının gəlirləri və xalis mənfəəti artıb
ABŞ-lı texnologiya nəhənglərindən Google-ın baş təşkilatı Alphabet-in ilin ilk rübündə gəlirlərinin və xalis mənfəətinin atdığı bildirilib.
"Marja" xəbər verir ki, Alphabet-dən verilən açıqlamaya görə, şirkətin ilin ilk rübündəki gəlirləri keçən ilin eyni dövrünə nisbətən 25,8 faiz artaraq 31,15 milyard dollar təşkil edib. Şirkət, 2017-nin yanvar-mart dövründə 24,75 milyard dollar gəlir açıqlamışdı.
Açıqlamada, şirkətin xalis mənfəətinin də ilin ilk üç ayında ötən ilin eyni dövrü ilə müqayisədə 73,1 faiz artaraq 9,4 milyard dollara yüksəldiyi məlumatı verilib. Alphabet, keçən ilin ilk rübündə 5,43 milyard dollar xalis mənfəət əldə etmişdi.
Bundan başqa açıqlamada, şirkətin bir səhmə düşən mənfəətinin ötən ilin yanvar-mart dövründə 7,73 dollardan, bu ilin yanvar-mart aylarında 13,33 dollara yüksəldiyi bildirilib.
Reklam gəlirlərində 24,4 faiz artım
Google-ın reklam gəlirlərində ildən ilə artım görülüb. Açıqlamada, Google-ın reklamlardan əldə etdiyi gəlirin ilin ilk rübündə, 2017-nin eyni dövrü ilə müqayisədə 24,4 faiz artımla 26,64 milyard dollara yüksəldiyi bildirilib.
Google, ötən ilin yanvar-mart dövründə 21,41 milyard dollar reklam gəliri əldə etmişdi.
Alphabet-in gəlirlərinin və xalis mənfəət inin ildən ilə yüksəlməsinin ardından şirkətin səhmləri bahalaşıb.
Şirkətin səhmlərinin qiyməti 1073 dollardan 1110 dollara qədər qalxaraq 3,4 faiz artım qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
7 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)










.jpg)






