Bir gündə daha 12 milyard dollar qazandı!
Amazon-un qurucusu Cef Bezos, şirkətin gözləntilərin üzərindəki satışları sayəsində bir gün ərzində daha 12 milyard dollar zənginləşib.
"Marja" xəbər verir ki, dünyanın ən varlı insanı olan Bezos, sərvətinə sərvət qatmağa davam edir. Amazon-un açıqlanan birinci rüb balansında 49.96 milyard dollar olması gözlənilən satışlar 51.04 milyard dollar olub. Bu şirkətin səhmlərinin bahalaşmasına səbəb olub.
Balans açıqlandıqdan sonra Amazon səhmləri 7%-dən çox bahalaşaraq 1625 dollara qalxıb.
Bu yüksəliş Bezosun Bloomberg Milyarderlər İndeksində mövqeyini daha da möhkəmləndirib.
134 MİLYARD DOLLARLIQ SƏRVƏT
Amazon-un banisi Bezos, sərvətinə daha 12 milyard dollar əlavə edib və cəmi sərvəti 134 milyard dollara çatıb.
Bezosun ardınca 91.1 milyard dollar sərvətlə Microsoftun qurucusu Bill Gates, 84.6 milyard dollarla Uorren Buffett, 73.5 milyard dollarla Bernard Arnault və 72 milyard dollarla Facebookun qurucusu Mark Zuckerberg gəlir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)








.jpg)






