Neft, ABŞ istehsalına dair gözləntilər ilə düşüb
ABŞ-da neft şirkətlərinin qazma fəaliyyətləri artır. Şist nefti hasilatının daha da artacağına dair narahatlıqların gücləndirməsi nəticəsində neft qiymətləri bir qədər geriləyib.
"Marja" xəbər verir ki, "Baker Hughes"ın açıqladığı məlumatlara görə, ötən həftə ABŞ-da qazma qurğularının sayı beş ədəd artıraraq 2015-ci ilin Mart ayından bu yana ən yüksək səviyyəsinə qalxıb.
Digər tərəfdən, bəzi neft treyderləri, ABŞ Prezidenti Donald Trampın İran nüvə müqaviləsindən çıxacağı işarələrini verməsinin ardından OPEC-in üçüncü ən böyük istehsalçısı olan İrana tətbiq olunacaq sanksiyaların neft istehsalına mənfi təsir göstərəcəyi gözləntilərini qiymətləndirir.
İstehsalatda axsaqlıq ola biləcəyi gözləntiləri Mart və Aprel aylarında qiymətlərin yüksəlməsinə kömək edib. 2015-ci ildə İran və dünya gücləri arasında müqavilə imzalanıb. Müqavilə İrana qarşı sanksiyaların qalxmasını təmin etdi və bunun nəticəsində İran neft istehsalını gündəlik 1 milyon barel artırıb.
OPEC və aralarında Rusiyanın da olduğu tərəfdaşlarının qlobal ehtiyatları azaltması da qiymətlərin yüksəlməsinə kömək edib.
Bakı vaxtı ilə 08:25-ə olan məlumata görə, Qərbi Texas nefti (WTI) 0,35% düşərək 67.88 dollara, Brent nefti 0,7% düşərək bareli 74.13 dollara enib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
7 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)








