Aksizsiz mallar satan 3 nəfər həbs edildi
Son zamanlar ölkəmizin paytaxtında və bölgələrdə pərakəndə ticarət müəssisələrində aksiz markası olmayan və saxta aksiz markaları ilə markalanmış malların (əsasən, tütün məmulatları və spirtli içkilər) satışı hallarının artdığı müşahidə edilməkdədir. Bununla əlaqədar, Vergilər Nazirliyi tərəfindən aparılan müşahidələr zamanı belə məhsulların satışının həyata keçirildiyi əsas obyektlərin dislokasiyası müəyyən edilib.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən “Marja”ya daxil olmuş məlumata görə, Nazirliyin yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən paytaxt ərazisində yerləşən, alkoqollu içkilərin və tütün məmulatlarının satışı sahəsində ixtisaslaşdırılmış 15 ticarət obyektində aparılmış vergi nəzarəti tədbirləri zamanı qeyri-qanuni olaraq xeyli və külli miqdarda aksiz markası ilə markalanmamış və saxta aksiz markaları ilə markalanmış məhsulların satışının aparılması və satış məqsədilə saxlanması faktları öz təsdiqini tapıb. Müvafiq sənədləşmələr aparıldıqdan sonra həmin mallar müsadirə olunub.
Faktlarla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Cinayət Məcəlləsinin 213-1-ci maddəsi ilə cinayət işi başlanılıb və Yasamal rayon məhkəməsinin qərarı ilə qeyri-qanuni əməlləri törətmiş O. Məmmədov, Ç.Rəfiyev və F. Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd olunmalıdır ki, eyni qanun pozuntularına yol verdikləri üçün həmin şəxslər əvvəllər də məsuliyyətə cəlb ediliblər.
"DÖVLƏTƏ CİDDİ ZİYAN VURURLAR"
Alkoqollu içkilərin və tütün məmulatlarının aksiz markası olmadan satışı ilə məşğul olma hallarının kütləvililiyi onların mütəşəkkil xarakter daşıdığına və həmin sahədə geniş bir cinayətkar şəbəkənin fəaliyyət göstərdiyinə dəlalət edir. Aksiz markası olmadan, həmçinin aksiz markalarının saxtalaşdırılması yolu ilə istehlak bazarına çıxarılan məhsullar vətəndaşların sağlamlığı üçün təhlükə törətməklə yanaşı, qanuni fəaliyyət göstərən digər vergi ödəyicilərinə münasibətdə haqsız rəqabətə səbəb olur. Cinayət şəbəkəsində birləşmiş belə “işbazlar” qeyri-qanuni məhsulların istehsalı, həmçinin qiymətli kağız hesab edilən aksiz markalarının saxtalaşdırılması ilə məşğul olur, dövlətin və cəmiyyətin mənafelərinə ciddi zərər vururlar.
Vergilər Nazirliyi bir daha hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, aksiz markası ilə markalanmalı olan malların aksiz markası olmadan və ya saxta aksiz markaları ilə satışı qanun pozuntusudur. Qanunvericiliyin müddəalarının pozulmasına görə, məsuliyyət yalnız qeyri-qanuni məhsulların istehsalı və idxalı ilə məşğul olanlara deyil, həmçinin bu cinayət şəbəkəsinə cəlb edilmiş hər kəsə, o cümlədən onun pərakəndə satışı həyata keçirən şəxslərə də şamil edilir. Qanun pozuntusuna yol vermiş şəxslər cinayət məsuliyyəti daşıyır və onlara qarşı qanunvericiliklə müəyyən edilmiş müddətlərdə azadlıqdan məhrumetmə kimi məsuliyyət tədbirləri nəzərdə tutulur.
Vergilər Nazirliyi aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların) satışı faktlarının aşkar olunması istiqamətində vergi nəzarəti tədbirlərini davam etdirəcək və qanun pozuntusu hallarına yol vermiş şəxslərə qarşı qanunvericilik çərçivəsində sərt tədbirlər görüləcəkdir.
Aksiz markası ilə markalanmalı olan malların istehlakçıları bilməlidirlər ki, iqtisadi mahiyyətinə görə, belə məhsullara aksizlərin tətbiqinin əsas məqsədlərindən biri də onların istehlakının məhdudlaşdırılması ilə yanaşı, sağlamlığa zərərli məhsulların qeyri-qanuni və keyfiyyətsiz istehsalının qarşısını almaq, istehsal mənşəyini müəyyən etməkdir.
Aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulları almaqla istehlakçı keyfiyyəti, istehsal və saxlanma şəraiti bəlli olmayan və sağlamlıq üçün zərərli məhsullarla üzləşmə təhlükəsi ilə qarşılaşır, eyni zamanda aksizsiz məhsulların qaçaqmalçılığının və istehlak bazarında saxta məhsulların satışının genişlənməsinə və dövlət büdcəsinin gəlirlərdən məhrum olmasına şərait yaradır.
Vətəndaşlar belə malların satışı faktlarına rast gəldikdə, Vergilər Nazirliyinə müraciət etməlidir. Siz bununla həm özünüzü qorumuş olacaqsınız, həm də dövlət büdcəsinə vergilərin ödənilməsindən yayınmaların qarşısını almağa xidmət edəcəksiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 34 d. əvvəl
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
1 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
2 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
2 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
2 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)











