Mingəçevirdə balıqların ölməsinin səbəbi açıqlandı
Mingəçevir Su Anbarının Goran körfəzində balıqların ölümü ilə bağlı sosial şəbəkədə yayılan görüntülərin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri sözügedən əraziyə baxış keçirib.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, baxış zamanı Goran körfəzinin dayaz sulu sahələrində çoxlu sayda ölmüş çapaq balığı müşahidə olunub. Balıqların ölüm səbəbini aydınlaşdırmaq məqsədilə su anbarının müxtəlif nöqtələrindən su və balıq nümunələri götürülərək ümumi bioloji, morfoloji, fizioloji və histoloji analizlər aparılıb.
Analizlərin nəticələrinə görə götürülən nümunələrdə infeksion xəstəliklərin törədiciləri və zəhərlənmə halları aşkar edilməyib: "Körfəzin dayaz sulu sahələrində suyun temperaturunun yüksəlməsi, nümunələr götürülən günü balıqların yaşadığı mühitin fiziki-kimyəvi vəziyyətinin əlverişsiz (temperatur 19-21 dərəcə, pH-8,4 (norma 8), oksigen 4-5 mq/litrə (norma 6 mq/litrə)) olduğu müəyyən edilib və balıq orqanizminin bu dəyişikliklərə uyğunlaşmaması onların ölümünə səbəb ola bilər".
ETSN-nin Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun mütəxəssislərinin rəyinə görə, son 10 il ərzində yaz aylarında balıqların kütləvi çoxalma miqrasiyası zamanı Azərbaycanın bir çox körfəzlərində (Dəvəçi limanı, Kiçik Qızıl Ağac körfəzi, Mingəçevir Su Anbarının kiçik körfəzləri), həmçinin Kür çayının aşağı axar axmazlarında müşahidə olunan balıqların oxşar kütləvi tələfi son dövrdə iqlim dəyişiklikləri, o cümlədən havanın qəflətən anomal istiləşməsi, balıqların yaşama su mühitində hidrofiziki göstəricilərinin qeyri-optimal dəyişilməsi və bununla əlaqədar olaraq ən həssas olan çoxalma miqrasiyası prosesində balıq orqanizminin bu dəyişikliklərə evolyusion-genetik olaraq fizioloji uyğunlaşmaması ilə bağlıdır.
Qeyd edək ki, çapaq balığı çoxalmaq üçün martın axırlarından başlayaraq may ayına qədər əsasən Mingəçevir Su Anbarının dayaz olan körfəzlərinə girirlər, burada çoxalır, sakit axan, sualtı bitkilərlə zəngin su mühitinə üstünlük verirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)









