"Azərovçu"nun verdiyi biletlər qüvvədə deyil - "ONLAR OVÇU DEYİLLƏR"
"Biz gələcəkdə Azərbaycan ərazisində ov fəaliyyətinin məhdudlaşdırılmasında maraqlıyıq. Lakin biz bu məsələdə yerli ovçuların, turistlərin də maraqlarını nəzərə almalıyıq".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, artıq Naxçıvan Muxtar Respublikasında ov fəaliyyəti qadağan edilib: "Naxçıvanda bunun müsbət tərəfləri özünü göstərməkdədir. Artıq bəzi növlərin sayı artıb ".
H.Əlizadə deyib ki, Azərbaycanda qanunsuz ovlanma səbəbindən hansısa növün azalması barədə məlumat yoxdur.
ETSN rəsmisi onu da bildirib ki, Azərbaycanda təxminən 25 min ovçu var:
"Azərbaycanda ovçuluq biletini yalnız ETSN vermir. 2014-cü ildən etibarən Xüsusi Dövlət Mühafizə Xidmətinin Hərbi Ovçuluq İttifaqı da müəyyən qrup insanlara ovçuluq bileti verir. Buna görə də hazırda həm ETSN, həm də Hərbi Ovçuluq İttifaqı tərəfindən bilet alanlar ovçu sayılırlar. Qanunvericilik dəyişməmişdən əvvəl bəzi ovçular "Azərovçu" İctimai Birliyi tərəfindən biletlər alıb. Lakin o biletlər bu gün qüvvədə deyil. Onlar ovçu deyillər, sadəcə olaraq , öz biletlərini saxlayıblar".
H.Əlizadə əlavə edib ki, ETSN tərəfindən verilən ovçuluq biletlərinin istifadə müddəti 2 ildir. Ovçuluq bileti almaq üçün test imtahanı keçirilir. Bununla bağlı nazirlikdə xüsusi komissiya fəaliyyət göstərir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)















