Sığorta sektorunda xərclərin gəlirlərə nisbəti artıb
"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkəti 2017-ci ildə əldə etdiyi gəlirin 91,2%-ni xərcləyib.
Bu nisbət 2016-cı ildə 85,7% olub. Başqa sözlə, ötən il sığorta sektorunda xərclərin gəlirlərə nisbəti 5,7 faiz bəndi artıb.
Bununla belə, ayrı-ayrı sığorta şirkətləri üzrə xərc-gəlir nisbəti fərqlidir. 5 şirkətdə - "Rəvan Sığorta", "Azsığorta", "Qala Sığorta", "Atəşgah Sığorta" və "AXA Mbask" ASC-lərdə sözügedən nisbət 100%-dən çoxdur ki, son nəticədə onlar ötən ili zərərlə başa vurublar. Xərc gəlir nisbəti 7 şirkətdə 90-100% arasında, 6 şirkətdə 80-90% arasında, 2 şirkətdə isə 60-70% arasındadır.
2017-ci ildə gəlir-xərc nisbəti 16 şirkətdə artıb, 4 şirkətdə isə azalıb.
"Naxçıvan Sığorta" gəlirlərinin və xərclərinin məbləğini açıqlamayıb.
№ | Sığorta şirkətinin adı | Xərclərin gəlirlərə nisbəti | |
2017-ci ildə | 2016-cı ildə | ||
1 | Rəvan Sığorta | 148,8% | 90,6% |
2 | Azsığorta | 109,8% | 90,0% |
3 | Qala Sığorta | 105,8% | 95,8% |
4 | Atəşgah Sığorta | 102,6% | 99,1% |
5 | AXA Mbask | 101,3% | 98,0% |
6 | Azərbaycan Sənaye Sığorta | 98,6% | 79,8% |
7 | Günay Sığorta | 98,3% | 94,5% |
8 | Standard Insurance | 94,8% | 126,9% |
9 | Qala Həyat Sığorta | 94,5% | 91,8% |
10 | Atasığorta | 93,9% | 89,1% |
11 | Azərsığorta | 92,6% | 92,1% |
12 | Atəşgah Həyat Sığorta | 91,6% | 93,2% |
13 | A-Qrup Sığorta | 87,2% | 76,4% |
14 | Xalq Sığorta | 84,6% | 63,5% |
15 | Bakı Sığorta | 86,9% | 90,5% |
16 | PAŞA Həyat Sığorta | 86,4% | 74,2% |
17 | İpək Yolu Sığorta | 85,6% | 83,8% |
18 | PAŞA Sığorta | 85,2% | 77,4% |
19 | Meqa Sığorta | 69,1% | 69,6% |
20 | Amrah Sığorta | 60,7% | 36,2% |
21 | Naxçıvan Sığorta | Açıqlamayıb | Açıqlamayıb |
| Orta hesabla | 91,2% | 85,7% |
© Renkinq
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 8 d. əvvəl
- 41 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 2 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2 BOKT-ın vəzifəli şəxsi cərimələnib
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
Rəsmi məzənnələr açıqlandı
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Ən çox oxunanlar
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu







.jpg)













