Azərbaycan dünyanın iri banklarından kredit alır
Azərbaycan hökuməti 50 ədəd lokomotivin alınması məqsədilə “Societe Generale”, “BNP Paribas” və Fransanın “HSBC Bank”ından 276,995 mln. avro məblğində kredit cəlb edir. “Marja” xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.
“Ötən il Azərbaycan hökuməti ilə “Societe Generale”, “BNP Paribas” və “HSBC Bankı”nın Fransa filialı ilə arasında «50 ədəd lokomotivin alınması» layihəsi üzrə 276 mln. 995 min avro dəyərində kredit sazişi imzalanıb”, - deyə hökumətdən qeyd ediblər.
Azərbaycan hökuməti həmin lokomotivləri Bakı-Tbilisi-Qars dəmir yolunda istifadəyə buraxmağı planlaşdırır.
Bundan başqa, Azərbaycan hökuməti "Societe Generale" Bankından 151 ədəd «İveco Urban Way» markalı avtobusların alınması məqsədilə 32,205 mln. avro məbləğində kredit cəlb edir. Bu kredit üzrə saziş artıq imzalanıb”, - deyə hökumətdən vurğulanıb.
2007-ci il fevralın 7-də Gürcüstan, Azərbaycan və Türkiyə Tbilisi- Bakı dəmir yolu magistralından istifadə etməklə Bakı-Tbilisi- Qars dəmir yolu dəhlizinin yaradılmasına dair hökumətlərarası saziş imzalayıblar. Layihə uzunluğu 98 km olmaqla 68 km-i Türkiyə, 30 km-i Gürcüstan ərazisindən keçən Qars-Axalkalaki dəmir yolunun tikintisini nəzərdə tutur. Həmçinin, Axalkalaki-Tbilisi dəmir yolunun 183 kilometrlik hissəsinin yenidən qurulması nəzərdə tutulur.
Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən maliyyələşdirilir. Azərbaycan Gürcüstana ümumi məbləği $775 mln. təşkil edən iki güzəştli kredit ayırıb.
Bakı-Tbilisi -Qars dəmir yolu 2017-ci ilin birinci rübündə istifadəyə veriləcək.
İlkin mərhələdə bu dəmir yolu ilə ildə 5 mln. ton səviyyəsində yük daşınması nəzərdə tutulub. Gələcəkdə bu həcmin ildə 15-17 mln. tona çatdırılması gözlənilir.
“Azərbaycan Dəmir Yolları” QSC 2014-cü ildə Fransanın “Alstom” şirkəti ilə 50 yük lokomotivinin tədarükünə dair təxminən 300 mln. avro dəyərində müqavilə imzalayıb.
© İnterfaks - Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















