İlk Milli Səhiyyə Forumu təşkil olunacaq - TARİX
16 iyun 2018-ci il tarixində PROAKTİV şirkətinin təşkilatçılığı, Azərbaycan Tibb Universiteti və Milli Onkologiya Mərkəzinin dəstəyi ilə ölkəmizdə ilk Milli Səhiyyə Forumu təşkil olunacaq.
Forum Ulu Öndər Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il qeyd olunan 17 iyun-Tibb işçilərinin Peşə Bayramına həsr olunub.
PROAKTİV şirkətinin direktoru Şahanə Sarı mətbuata açıqlamasında bildirib ki, layihənin məqsədi dövlət və özəl sektorda tibb sahəsində çalışan həkim, tələbə və rezidentləri toplayaraq bu önəmli günü təntənəli qeyd etmək, eyni zamanda tibb sahəsindəki ən son yeniliklərin müzakirə olunması üçün yeni müstəvi yaratmaqdır. Milli Səhiyyə Forumunda çıxış edəcək spikerlər və mövzuları aşağıdakılardır:
1. ATU, II Mama – Ginekologiya kafedrası, t.ü.f.d, Assistent Şəymən Qədimova “Hamiləlik zamanı dərman preparatlarının istifadəsi”
2. ATU, Biokimya kafedrası, prof., b.e.d. Tahirə Əsgərova “Azərbaycan Respublikasında irsi xəstəliklər və onların profilaktikası”
3. ATU, Psixatriya kafedrası, prof., t.e.d. Zəfər Əliyev “Müasir gəncliyi gözləyən təhlükələr”
4. ATU, Yoluxucu xəstəliklər kafedrası, t.ü.f.d. Araz Kazımov “Sızanaq xəstəliyi: yalnış gerçəklər və müalicədə ən son yanaşmalar”
5. Milli Onkologiya Mərkəzi, Nüvə Təbabəti şöbəsi, t.ü.f.d. Fuad Novruzov “Azərbaycan səhiyyəsində yeni innovasiyalar: Nüvə Təbabəti”
6. Milli Onkologiya Mərkəzi, Qadın Sağlamlıq şöbəsi, Dr.Turan Nadirov “Uşaqlıq boynunun şişönü xəstəlikləri: Displaziyalar”
7. Milli Onkologiya Mərkəzi, Şüa Terapiya şöbəsi, Dr.Nigar Əliyeva “Azərbaycan Respublikasında bəd xassəli şişlərin şüa müalicəsinin müasir vəziyyəti”
8. Milli Onkologiya Mərkəzi, I kimyaterapiya şöbəsi, Dr.Nərmin Talıbova “Bəd xassəli şişlərin dərman müalicəsinin inkişaf tarixi və müasir vəziyyəti”
9. “SƏLİS” Loqopedik və Nitq İnkişaf Mərkəzinin direktoru Xavər Abdullayeva “Logonevrozun müalicəsində Abeleton aparatının rolu”
10. “Sağlam Ailə” Tibb Mərkəzinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmova “Laborator diaqnostikada yeniliklər və keyfiyyətə nəzarət"
Qeyd edək ki, fəaliyyəti ilə ölkəmizdə İctimaiyyətlə Əlaqələr sektorunun inkişafına töhfə vermək, həmçinin əməkdaşlıq etdiyi dövlət qurumları və özəl müəssisələrin fəaliyyətinə dəyər qatmağı hədəf qoyan PROAKTİV şirkəti biznes qurumlara müxtəlif PR xidmətləri göstərir, o cümlədən KSM (Korporativ Sosial Məsuliyyət) layihələri, sərgi, konfrans, təntənəli açılış mərasimləri, hər növ korporativ tədbirlər təşkil edir. Daha ətraflı şirkətin sosial media hesabı (www.facebook.com/proaktiv.az) və rəsmi internet saytından (www.proaktiv.az) tanış ola bilərsiz.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 8 saat sonra
-
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















