ABŞ-da açıqlanan məlumatdan sonra neft bahalaşmağa başladı
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 4,1 milyon barrel (0,9 faiz) azalaraq 432,4 milyon barrelə gerilədiyini açıqlayıb.
Bazar gözləntisi ehtiyatların 1,4 milyon barrel azalacağı istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 2,1 milyon barrel artmışdı.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə dəyişməyərək 660,2 milyon barreldə sabit qalıb.
ABŞ-ın benzin ehtiyatları isə ötən həftə 2,3 milyon barrel (1 faiz) azalaraq 236,8 milyon barrelə enib. Benzin ehtiyatlarına dair bazar gözləntisi 400 min barel artım olması istiqamətində idi. Bir əvvəlki həftə benzin ehtiyatları 4,6 milyon barel artım göstərmişdi.
ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 247 min barrel azalma ilə 8,1 milyon barrelə geriləyərkən, xam neft ixracı isə gündəlik orta hesabla 316 min barel artımla 2,03 milyon barelə çatıb.
NEFT HASİLATINDA YENİ REKORD
Ölkənin xam neft istehsalı isə keçən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 100 min barel artımla 10,9 milyon barelə çatıb. Bu nəticə ilə, ölkənin xam neft istehsalı yeni bir rekord səviyyə qeyd edib və son 22 həftədə 21 dəfə artım göstərmiş dir.
EIA-nın May 2018 hesabatına görə, ABŞ-ın builki xam neft hasilatının gündəlik orta hesabla 10,7 milyon barrel olması gözlənilir. Hesabata görə, ABŞ-ın gələn ilki xam neft hasilatının gündəlik orta hesabla 11,9 milyon barrel olacağı və dünyanın ən iri xam neft istehsalçısı Rusiyanı geridə qoyacağı proqnozlaşdırılır.
NEFT QİYMƏTLƏRİ YÜKSƏLİB
ABŞ-ın kommersiya məqsədli xam neft ehtiyatlarındakı azalmanın ardından qlobal bazarda xam neftin qiymətləri yüksəlib. Brent növü xam neftin barrel qiyməti 1,1 faiz artımla 76,75 dollara, ABŞ-ın Qərbi Texas (WTI) tipli xam neftinin barrel qiyməti də 0,6 faiz artımla 66,77 dollara qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
2 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
2 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
4 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın







.jpg)














.jpg)

