Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankı arasında görüş keçirilib
Neft-qaz, avtomobil və dəmir yolları nəqliyyatı, energetika, su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihələri, Kontrtsiklik Proqramının maliyyələşdirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
20-21 iyun 2018-ci il tarixlərində Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya departamentinin direktoru Verner Lipaxın başçılıq etdiyi nümayəndə heyəti və Kshatrapati Shivaji rəhbərlik etdiyi bankın İcraçı Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşlər keçirib.
Maliyyə Nazirliyindən "Marja"ya verilən məlumata görə, görüşlər zamanı S.Şərifov ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, bank sektorunun gücləndirilməsi tədbirləri, büdcə-vergi siyasəti və maliyyə intizamının daha da gücləndirilməsi, həyata keçirilən infrastruktur və investisiya layihələri, ölkədə işgüzar mühitin yaxşılaşdırılması və asanlaşdırılması, eləcə də digər istiqamətlərdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Ölkəmizin əlverişli nəqliyyat və logistika mövqeyi, iri enerji və regional nəqliyyat-infrastruktur layihələrinin təşəbbüskarı və iştirakçısı kimi tranzit imkanlarından bəhs edən nazir bu günlərdə Azərbaycan və Türkiyədə rəsmi açılış mərasimləri keçirilən Cənub Qaz Dəhlizi, ötən il istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin qlobal miqyasda böyük əhəmiyyət daşıdığını, bu tranzit və nəqliyyat xətlərinin region ölkələri üçün böyük imkanlar yaratdığını vurğulayıb.
AİB-nın Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyən ilk beynəlxalq maliyyə qurumu olduğunu xatırladan S.Şərifov bankın Azərbaycanda həyata keçirdiyi layihələrin dövlət və özəl sektorları əhatə etdiyini və dövlətin inkişaf strategiyalarına uyğun olaraq həyata keçirildiyini qeyd edib. Hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsini təmin etmək üçün ölkə rəhbəri tərəfindən hökumət qarşısında mühüm vəzifələr qoyulduğunu deyən nazir S.Şərifov Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində qarşıya qoyulan məqsədlərə çatmaq üçün Asiya İnkişaf Bankının öz töhfəsini verməkdə davam edəcəyinə əminliyini ifadə edib.
Azərbaycana səfərdə məqsədlərinin AİB-nin fəaliyyətini müşahidə etmək, ölkənin inkişaf ehtiyacları ilə daha yaxından tanış olmaqla bankın fəaliyyətinin səmərəliliyini daha da artırmaq üçün strateji istiqamətləri müəyyən etmək olduğunu bildirən İcraçı Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyətinin rəhbəri Kshatrapati Shivaji ölkəmizdə qazanılan iqtisadi uğurları və həyata keçirilən islahatları yüksək qiymətləndirib.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
AİB rəsmləri Azərbaycanla bank arasında əməkdaşlığın sürətlə inkişaf etməsindən məmnunluqlarını ifadə edərək mühüm və etibarlı tərəfdaş kimi Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində AİB-nın öz töhfəsini verməkdə davam edəcəyini vurğulayıblar.
Görüşlər zamanı həmçinin, Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri, o cümlədən neft-qaz, avtomobil və dəmir yolları nəqliyyatı, energetika, su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihələri, Kontrtsiklik Proqramının maliyyələşdirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
9 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir




















