İlham Əliyev qlobal bankın rəhbərliyini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Asiya İnkişaf Bankının (AİB) İcraçı Direktorlar Şurasının üzvü Kşatrapati Şivajinin başçılığı ilə bankın Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı 2015-ci ildə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının ölkəmizdə uğurla keçirildiyini və böyük önəm daşıdığını məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq bankın ölkəmizdə müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirakını yüksək qiymətləndirdi. Dövlətimizin başçısı ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlardan danışdı. Qeyd etdi ki, Azərbaycan “İnklüziv inkişaf indeksi”ndə 2018-ci ildə inkişaf etməkdə olan ölkələr arasında 3-cü, MDB ölkələri arasında isə 1-ci yerdədir. Prezident İlham Əliyev Davos İqtisadi Forumunun rəqabətqabiliyyətlilik hesabatı üzrə isə Azərbaycanın dünyada 35-ci, MDB ölkələri üzrə 1-ci yerdə olduğunu vurğuladı.
Ölkəmizin tranzit imkanlarına toxunan dövlətimizin başçısı nəqliyyat sektorunda irimiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycanın tranzit potensialının daha da artdığını, dəmir yollarının modernləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü vurğulayaraq Bakı-Tbilisi-Qars dəmir yolunun və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini qeyd etdi.
Asiya İnkişaf Bankının İcraçı Direktorlar Şurasının üzvü Kşatrapati Şivaji dövlətimizin başçısını prezident seçkilərində qələbə qazanması münasibətilə təbik etdi. O, Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edərək Cənub Qaz Dəhlizinin reallaşmasını bu əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirdi və bu dəhlizin çox mühüm layihə olduğunu vurğuladı. Qeyd etdi ki, dünyada həyata keçirilən bir çox layihələrdə əvvəlcədən nəzərdə tutulmuş maliyyələşmənin həcmi sonradan artdığı halda, Cənub Qaz Dəhlizinin icrasının gedişində isə əksinə, işlər səmərəli aparıldığından hətta əvvəlcədən nəzərdə tutulduğundan da az vəsait sərf olunub.
Kşatrapati Şivaji bildirdi ki, Azərbaycana səfərlərinin məqsədlərindən biri də ölkənin inkişaf ehtiyacları ilə daha yaxından tanış olmaq, bankın fəaliyyətinin səmərəliliyini daha da artırmaq üçün strateji istiqamətləri müəyyən etməkdən ibarətdir. O, dünyada gedən maliyyə-iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasını, ölkədə qazanılan iqtisadi uğurları və həyata keçirilən islahatları yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev seçkilərdə qələbə qazanması münasibətilə təbriklərə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı “Cənub Qaz Dəhlizi” layihəsinin böyük hissəsinin icra olunduğunu vurğulayaraq, bu layihənin bütün Avrasiya uçun qlobal önəm daşıdığını dedi, “Cənub Qaz Dəhlizi” layihəsinə ilk dəstək verən beynəlxalq maliyyə qurumu kimi Asiya İnkişaf Bankının rolunu xüsusi qeyd etdi. Prezident İlham Əliyev, eyni zamanda, TANAP layihəsinin açılışının böyük əhəmiyyət daşıdığını dedi və bu layihənin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi.
Prezident İlham Əliyev Azərbaycanda qeyri-neft sahəsində genişmiqyaslı işlərin həyata keçirildiyini və ölkəmizin qarşısında böyük planların durduğunu dedi və bu istiqamətdə Asiya İnkişaf Bankı ilə gələcəkdə də uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.
Söhbət zamanı məşğulluq strategiyası ilə bağlı məsələlər müzakirə edildi.
Görüşdə, həmçinin bankın 2019-2023-cü illər üzrə strategiyası, Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Xəbər verdiyimiz kimi, Maliyyə Nazirliyində Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya departamentinin direktoru və Bankın İcraçı Direktorlar Şurasının üzvləri ilə görüşlər keçirilib.
Görüşlər zamanı həmçinin, Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri, o cümlədən neft-qaz, avtomobil və dəmir yolları nəqliyyatı, energetika, su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihələri, Kontrtsiklik Proqramının maliyyələşdirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
-
3 saat əvvəl
Ağ Ev: PUA insidentinə baxmayaraq, ABŞ-İran danışıqları qüvvədə qalır
- 3 saat əvvəl
-
4 saat əvvəl
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
-
5 saat əvvəl
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
-
9 saat əvvəl
Bank və BOKT-laın fişinq səhifələrini yaradan haker şəbəkəsini ifşa edildi - VİDEO
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin döviyyələri açıqlandı - SİYAHI
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakı Fond Birjasında Yanvar çöküşü
Nintendo-dan 2,3 milyard dollar xalis mənfəət
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər
"Regional" BOKT 1 milyon manat borclandı
SOCAR-ın nəzdində akademiya fəaliyyətə başlayıb
Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Tanınmış qlobal bank bu il qızılın unsiyasının qiymətinin 6 min 300 dollara çatacağını proqnozlaşdırır




















