"Uber"in rəqibi "Lyft"in bazar dəyəri 15 milyard dollara çatıb
Şəxsi avtomobil sahiblərinin mobil proqram vasitəsilə taksiçilik etmələrinə imkan təmin edən "Uber"in ABŞ-dakı ən böyük rəqibi "Lyft"in bazar dəyərinin təxminən 15 milyard dollar olduğu bildirilib.
"Marja" xəbər verir ki, "Lyft" tərəfindən verilən açıqlamada, şirkət üçün həyata keçirilmiş sonuncu 600 milyon dollarlıq maliyyələşdirmədən sonra şirkətin bazar dəyərinin 15,1 milyard dollar olduğu qeyd olunub.
Həmçinin açıqlamada, bu ilin ilk yarısında "Lyft"in sürücüsüz avtomobil texnologiyası inkişaf etdirməyə diqqət yetirdiyi qeyd edilib, şirkətin avtomobillərində karbon qazını azaldaraq iqlim dəyişikliyilə mübarizə apardığı vurğulanıb.
Mütəxəssislər, "Lyft"in bazar dəyərinin 2017-ci ilin Aprel ayında 7,5 milyard dollar olduğunu qeyd edərək, şirkətin səhmlərinin ilkin kütləvi təklifinin (IPO) bu il baş tutacağını bildirirlər.
"Uber"in isə bazar dəyərinin təxminən 62 milyard dollar olduğu təxmin edilir. Şirkətin IPO-sunun gələn il reallaşacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)














.jpg)