Amazon-un yeni satınalması Aptek şəbəkələrini çökdürür
ABŞ-ın e-ticarət nəhəngi Amazon, internet apteki "PillPack" adlı şirkəti satın alacaq.
"Marja" xəbər veri ki, Amazon-dan verilən açıqlamada, reseptli alıcılara gündəlik dərman təhvili edən (çatdıran) "PillPack"i satınalma müqaviləsinin bu ilin ikinci rübündə başa çatmasının gözlənildiyi qeyd edilib. Müqavilənin məbləği ilə bağlı bir məlumat isə verilməyib.
"PillPack"in əvvəlcədən hazırlanmış dozalar halında gündəlik dərman təhvili həyata keçirdiyinə diqqət çəkilən açıqlamada, müştərilərə təhvilin vaxtında həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Amazon-dan Cef Wilke, "Pillpack müştərilərinin həyatını inkişaf etdirir. Biz də insanlara vaxt qazandıraraq, həyatlarını sadələşdirərək və sağlam hiss etmələrini təmin edərək onlara köçmək etmək istəyirik", ifadələrini istifadə edib.
Açıqlamanın ardından Amazon-un Nyu-York Birjasında ticarət olunan səhmləri 0,8 faiz bahalaşıb. ABŞ-ın aptek şəbəkələrinin səhmləri isə kəskin ucuzlaşıb.
Ölkənin ən böyük aptek şəbəkəsi olan CVS-in səhmləri eyni vaxtda 9,3 faiz ucuzlaşıb, "Walgreens Boots Alliance"ın səhmləri isə 10,5 faiz və "Rita Aid"ın səhmləri isə 9,9 faiz düşüb.
Mütəxəssislər, Amazon-un uzun zamandır portfelinə aptek xidmətlərini daxil etməyi planlaşdırdığına diqqəti çəkərək, şirkətin ABŞ miqyasında geniş yayılmış təhvil şəbəkəsi sayəsində müştərilərə daha sürətli dərman təhvili edə biləcəyini vurğulayırlar. Bu da mövcud apteklərin müştərilərini itirəcəyi deməkdir.
Həmçinin Amazon,investisiya şirkəti "Berkshire Hathaway" və bankçılıq nəhəngi "JPMorgan Chase" ilə birgə qazanc məqsədi güdməyən tibbi sığorta şirkəti yaradacağını yanvar ayında açıqlamışdı.
İlk fazada Amazon, "Berkshire Hathaway" və "JPMorgan Chase"in cəmi 1,2 milyon işçisinə məqbul qiymətli tibbi sığorta xidməti verməsi planlaşdırılan yeni şirkətin gələcəkdə bütün Amerikalılara xidmət göstərməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)






